2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Həsən Ruhani gəldi. İstədik ki, sözümüzü deyək. Eşitmədi”

Şərqi Azərbaycanın Tufarqan (Azərşəhr) və Əcəbşer şəhərlərində aprelin 14-də baş vermiş sel fəlakəti 40-dan artıq insanın ölümünə səbəb olub. Bölgə əhalisi Tufarqanda 22 vətəndaşın öldüyü hadisənin Yol və Şəhərsalma İdarəsinin xətası nəticəsində baş verdiyini irəli sürürlər. Tufarqan şəhərindən Səccad Müslimi Amerikanın Səsinə müsahibədə baş verənləri ətraflı şəkildə şərh edib.

Seldən sonra İran mediasının yayımladığı ilk xəbərlərdə, daşqınları izləyənlər və selfi çəkənlərin həlak olduğu önə çəkilmişdi. Səccad Müslimi bunun qətiliklə doğru olmadığını vurğulayır.

Saytların yığılması Saytlarin yigilmasi

“Məsullar öz məsuliyyətlərini danmaq üçün dedilər ki selfi çəkənləri sel apardı,” deyə Tufarqanlı gənc fəal söyləyir.

Onun dediklərinə görə, “[22 vətəndaşın həlak olduğu] yol Xələzər kəndi və Qızıldağ adlı türist bölgəsinin yoludur. Təqribən 10 ildir kəndin yolu budur. Bu yol əslində Tufarqan Çayı üzərindəki körpünün gözlərindən birindən keçir. Yol İdarəsi buraya asfalt çəkib… Yol və U-dönüşü Google xəritələrində də görünür. Əsas yolun qırağında da lövhə qoyulub ki, Xələzər yolu körpünün altındadır.”

Sosial mediada yayımlanan şəkillər və videolarda həmin yolda hərəkət edən avtomobillərin selə tutulduğu görünməkdədir. Müsliminin söylədiklərinə görə, daşqınlar 8 avtomobili aparıb. Maşınların içindəkilərdən heç kəs sağ qurtulmayıb.

“Öncə dedilər seli izləyənlər ölüb. Sonra şəkillər və videolar gəldi. Əhali dedi ki, 10 ildir o yolda gəlib gedirik. Sonra məsullar dedilər ora yol deyil… Media Tehranda toplanıb. Qıraqdakıların səsini eşitmirlər. Eşitmək istəmirlər… Səsimizi ölkə mediasına çatdırmaq üçün çox çalışmalar oldu. Sonunda səs çatdı bəzi yerlərə… Amma məsullar yalanlarını geri almayıblar. Yenə deyirlər ki təqsir millətindir. Bir sadə üzr də istəmirlər millətdən…,” deyə Səccad Müslimi dilə gətirir.

Əcəbşerdəki daşqınlar isə ən çox Çınar kəndinin əhalisinə ziyan vurub. 20-ə yaxın adam ölüb.

Bəzi millət vəkilləri sel fəlakətindən sonra Azərbaycana deyil, İranın cənubuna səfər edib bəzi təsislərin açılış mərasimində iştirak edən prezident Həsən Ruhanini də tənqid edib.

Prezident hadisədən bir neçə gün sonra Şərqi Azərbaycan vilayətinə səfər edib. Yerli sakinin dediklərinə görə, prezident Tufarqanda əhali ilə söhbət etməyib.

“Həsən Ruhani gəldi. İstədik ki sözümüzü deyək. Eşitmədi. Bir-iki dəqiqə baxdı çıxıb getdi. O da, naziri də, millətlə görüşmədilər. Sadəcə zərər çəkmiş ailələr arasından bir təmsilçi seçildi. Onunla görüşdü. Millət eşitmişdi Ruhani gələcək. Səhərdən gedib toplanmışdılar körpünün yanına. Amma qoymadılar millət yaxınlaşa. Sonralar şəkillərdə gördük ki, Əcəbşerdə millətlə görüşüb. Tufarqan ilə Əcəbşerdəki olayların fərqi bu idi ki, Tufarqandakı olayda məsulların qüsuru var idi. Ona görə, millətin sözünü eşitmək istəmədilər.”

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button