2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Həsənov 100 kiloqram heroini Azərbaycandan Rusiyaya necə keçirdi…

Dağıstanın Ali Məhkəməsi Azərbaycan vətəndaşı Nazim Həsənovu xüsusilə iri həcmdə narkotik maddənin qaçaqmalçılığı işi üzrə təqsirli bilərək 19 il azadlıqdan məhrum edib.

 

24saat.org  Rusiya mənbələrinə istinadən xəbər verir ki, Həsənov Azərbaycandan Rusiyaya heroin daşıyan və reallaşdıran mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olub. Qruplaşma əfqan mənşəli heroini İrandan gətirərək Azərbaycan üzərindən Rusiyaya keçirib və satışını həyata keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmənin qərarına əsasən Həsənovun “BMW X6”  avtomobili və həbs olunarkən üzərindən çıxan 57 min rubl da müsadirə olunub. O, cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Məhkəmə istintaqı zamanı müəyyən olunub ki, Nazim Həsənov 2013-cü ilin sentyabrında İran ərazisində istintaqa məlum şəxslərlə əlbir olaraq Rusiyaya heroin daşınmasını təşkil edib. Bundan sonra Həsənov başqa ölkədən qruplaşmanın üzvlərinin göndərdiyi heroini Azərbaycanda qəbul edib və onun Rusiyaya nəqlini həyata keçirib. Burada o, heroni mütəşəkkil qruplaşmanın digər üzvlərinə təhvil verib.

2014-cü ilin yanvarında cinayətkarlar xarici dövlətin ərazisində qanunsuz yolla 126.8 kiloqram heroin əldə ediblər və onu işıq diod lentlərinin qutularında yerləşdiriblər. Bu heroninin 100 kiloqramdan bir az çox hissəsi “Rostov-Bakı-Rostov” sərnişin qatarı ilə Rusiyaya göndərilib.

N.Nəsənov həmin narkotikin Azərbaycandan Stavrapola göndərilməsinə və orada qəbul edilməsinə nəzarət edərək həmin narkotik maddənin bir hissəsini (96.5 kiloqram) özünə məxsus “BMW X6” avtomobilinə yerləşdirib və qruplaşmanın digər üzvlərinin vasitəsilə reallaşdırmaq üçün Moskvaya doğru yola çıxıb.

Lakin Voronej vilayətinin ərazisində onun avtomobilini Yol Patrul Xidmətinin əməkdaşları saxlayıb. Həsənov maşından düşüb və sənədlərini təqdim etmək üçün gedəndə gödəkçənin altından narkotik paketi yerə düşüb. Belə ki, narkodiler heroinin bir neçə paketini də geydiyi gödəkçənin altına yerləşdiribmiş. Bunu görən polis əməkdaşları avtomobili axtarmağa başlayıblar. Avtomobilə baxış zamanı narkotik maddə aşkar edilib. Narkotik maddə avtomobilin mühərrik hissəsində, salonunda və yük yerində gizlədilmişdi.

N.Həsənov onu saxlayan Yol Patrul Xidməti əməkdaşına yaxşı maşın və Moskvada mənzil vəd edib, lakin polis əməkdaşı bu rüşvət təklifini rədd edib və buna görə dövlət mükafatına layiq görülüb. Azərbaycan vətəndaşı olan narkodiler həbs olunub, barəsində 3 maddə ilə cinayət işi qaldırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button