2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Həyatınızın və taleyinizin sahibi olun!” – Fuad Qəhrəmanlıdan mitinq çağırışı

AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlı xalqı 8 aprel mitinqində iştiraka çağıran müraciət göndərib. Müraciətdə deyilir:

Əziz həmvətənlər! Adətən mən mitinqlərdə sizə tribunadan sәslәnmişәm. Bu günsə həbsxanadan müraciәt etmәk məcburiyyətindəyəm.

Saytların yığılması Saytlarin yigilmasi

Əslində, bizlәr üçün həbsxana da bir mübarizə meydanıdır. Mәn vә başqa siyasi mәhbus dostlarımız ölkәmizin azadığı naminә hәbs edilmişiksә, demәli, çəkdiyimiz əziyyәtlәr hәdәr deyil.

Biz zorakı vә acgöz bir rejimlә üz-üzәyik. Lakin o, nә qәdәr әzazil vә qәddar olsa da, bizim azadlıq arzumuzdan vә ideyallarımızdan qidalanan ruhumuzu yenә bilәcәk gücdә deyil vә olmamalıdır.

Mən uzun müddət Milli Şuranın keçirdiyi mitinqlərin təşkilatçısı olmuşam. Bilirəm ki, həsxanada olduğum müddətdə ölkədə vəziyyət daha da pisləşib. Bunu hiss etmək üçün orda, “böyük zindanda” olmaq vacib deyil. Bura, bu “kiçik zindan” Azərbaycanın reallıqlarını əks etdirən mənzərələrlə doludur və biz ölkəmizi bütünlüklə həbsxana olmaqdan qurtarmayınca, həyatımızı harınlamış bir dәstәnin vәhşi ehtirası altında mәhv olmaqdan xilas edә bilmәyәcәyik.

Əzizlərim, sizə həbsxanadan yazdığım bu müraciətdə problemlərdən danışmaq istəmirəm. Siz bu problemləri məndən dә yaxşı bilirsiniz. Hər gün o problemləri yaşayır, özünüzün, ailәnizin vә yaxınlarınızın üzәrindә hiss edirsiniz. Әminәm ki, hәlli çox vaxt sadәdәn dә sadә olan bu problemlәri sizlәr üçün aşılmaz edәnin mövcud yarıtmaz idarәçilik olduğunu da biliriz. Artıq hamımıza aydındır ki, bu yalançı vә talançı hakimiyyәti yola salmadan, yarıtmaz idarәçiliyә son vermәdәn ölkәmizi vә xalqımızı layiq olduğu xoşbәxt hәyata qovuşdura bilmәyәcәyik. Hamınızı bu zalım iqtidar qarşısında dirənişә, həyatınızın və taleyinizin sahibi olmağa səsləyirəm. Tarixdә xalqların azad vә firavan cәmiyyәt, lәyaqәtli hәyat istәyinin qarşısını heç bir monarx, diktator sonadәk ala bilmәyib vә bilmәyәcәk dә. Bu ülvi ideyalar uğrunda mübarizәlәr gec-tez qalib gәlir vә bizim dә mübarizәmiz qәlәbә ilә bitәcәk. Buna әmin olun! Sadәcә, bizә aşılanan qorxu hissindәn qurtulmalı, özümüzdә tәpәr tapmalı, mübarizәdә qәtiyyәtli vә ardıcıl olmalıyıq.

Әziz hәmvәtәnlәr, özünüzә güvәnin, gücünüzә inanın. Mәqsәdi ölkәni talamaqdan başqa bir şey olmayan bu rejim nә qәdәr güclü, yenilmәz görünsә dә, daxilәn çürük, sizin birliyiniz qarşısında dayanıqsızdır. Onun şәrqdә ilk cümhuriyyәt qurmuş bir xalqı 21-ci әsrdә monarxiya quruluşuna qaytarmaq cәhdlәri dә әbәsdir. Tarixin təkərini geri döndərmək heç bir əbədi hakimiyyət arzusu ilə yaşayana nəsib olmayıb. Bütün tiran və diktatorlar xalqların əzmi və mübarizəsi qarşısında məğlubiyyətə məhkumdur.

Biz bacarmırıq deməyin. Bu, bizi məhv edən iqtidarın yaratdığı illüziyadır. Aprelin 8-i bu illüziyanı dağıtmaq, xalq olaraq gücümüzü göstərmək üçün bir fürsətdir. Bu fürsəti imkana çevirmək üçün hamınızı Məhsul stadionuna, Milli Şuranın keçirdiyi etiraz mitinqinə axın etməyə çağırıram.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button