2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hacı Əbdül: “Təklifimiz budur ki, hər kəs Mehriban Əliyevanı dəstəkləsin”

24saat.org “Tövbə” Cəmiyyətinin sədri, keçmiş deputat Hacı Əbdüllə müsahibəni təqdim edir.
Hacı, bir neçə vaxt idi ki, mətbuatda Mehriban Əliyevaya dəstəyinizi ifadə edirdiniz, müəyyən təkliflərlə çıxış edirdiniz. İndi Mehriban xanım Azərbaycanın birinci vitse-prezidenti təyin olundu. Bundan sonra hansı təklifləriniz var?
– Şükür allaha ki, bizim təklifimiz ədalətli təklif idi. Biz indi gözləyirik ki, allah qoysa arzularımız həyata keçsin. Yəni Mehriban xanımın fəaliyyətini gözləyirik. Ayrıca bir təklifimiz yoxdur. Hesab edirəm ki, Mehriban Əliyevanı dəstəkləmək lazımdır. Mən hər kəsə müraciət edirəm: dəstəkləmək, arxa durmaq lazımdır ki, Mehriban xanımda ürəklə və bacardığı qədər işlərini davam etdirsin. Təklifimiz bundan ibarətdir.
– Sizin gözləntiləriniz nədən ibarətdir, vitse-prezidentin təyinatından sonra ölkədə nələr dəyişəcək?
– Çox şey dəyişəcək. Hər şey xeyrə dəyişəcək. Biz ürəyimizdə xeyir şeylər tutmuşuq. Əlbəttə, hər şeyin qaydaya düşməsi asan məsələ deyil. Bir gündə hər şeyi qaydaya salmaq da mümkünsüzdür. Bütün bunlar vaxt istəyir.
– Ölkənin birinci vitse-prezidenti bəyan edib ki, daha çox ölkənin sosial-iqtisadi istiqaməti ilə məşğul olacaq. Siz bu sahələrdə ciddi dəyişiklik gözləyirsinizmi?
– Mən hörmətli Mehriban Əliyevaya həqiqətən və qəlbən inanıram. İnanıram ki, allahın köməkliyi ilə tezliklə Azərbaycanda sosial iqtisadi məsələlərdə canlanma olacaq, xalqımızın vəziyyəti daha da yüngülləşəcək.
– İndi dünyada ciddi iqtisadi böhran müşahidə edilir və bunun da ölkəmizə təsirləri mövcuddur. Sizcə, Azərbaycan bu krizisdən qaça bilərmi?
– Gəlin belə danışaq: Əgər Mehriban xanım deyil, bir başqası bu posta təyin edilsəydi ölkəmiz iqtisadi böhran qaça biləcəkdimi? Biz ümid edirik ki, Mehriban Əliyeva bacardığı qədər, imkanları səviyyəsində qeyd edilən istiqamətdə fəaliyyət göstərəcək, mümkün qədər maksimum işlər görəcək, vəziyyəti yüngülləşdirməyə çalışacaq. Hesab edirəm ki, gərək biz bu istiqamətdə ona kömək edək, dəstək olaq. Xalq ona kömək olmalıdır, dövlətin qurumları ciddi fəaliyyət göstərməlidir. Sonda biz dövlət olaraq bu böhrandan çıxaq. Dövlətin müəyyən qurumları var ki, onlarda bu işdə köməklik göstərməlidir.
– 2018-ci ildə Azərbaycanda prezident, 2020-ci ildə isə Milli Məclis seçkiləri keçiriləcək. Sizin bu seçkilərlə bağlı düşüncələriniz nədən ibarətdir?
– Mən Mehriban Əliyevanın fəaliyyətinə, uğurlarına inanıram. Peyğənbər də buyurur ki, bir adam hamı üçün yaxşı olsa, onda deməli pis adam yoxdur. Bir adam hamı üçün yaxşı ola bilməz. Ancaq həqiqətdə vətənini, xalqını sevənlər üçün sözsüz ki, yaxşı olmalıdır. Xalq onun əməllərini, fəaliyyətini görəcək, bəyənəcək. Təbii ki, istəməyənlər də olacaq. Buna da təbii hal kimi baxmaq lazımdır. Fikrimcə, xalq Mehriban xanımın fəaliyyətinə yüksək qiymət verəcək, onun prezidentliyini də dəstəkləyəcək. Şəxsən mən Mehriban xanımı prezident görürəm.
– Gəlin, sizin öz planlarınızdan danışaq. Növbəti parlament seçkilərində namizədliyinizi irəli sürmək haqda düşünürsünüz?
– Mənim işlərin var, hələ siz dediyiniz məsələ haqda fikirləşmirəm. Hazırda gördüyüm işlə məşğulam, işim çoxdur.
– Konkret olaraq nə işlə məşğulsunuz?
– Bildiyiniz kimi “Tövbə” Cəmiyyəti var və fəaliyyət göstərir. Mən də bu cəmiyyətdə müsbət ideyaları təbliğ edirəm. Fikrim odur ki, cəmiyyətimizi gücləndirim. Yəni yerlərdə cəmiyyəti, onun ideyalarını gücləndirmək, təbliğ etmək niyyətindəyəm. Bilirsinizmi, bu yaxşı bir işdir. Məqsədimiz Azərbaycan gənclərini pis və azğın yollardan çəkindirməkdir. Bu istiqamətdə mənim böyük fikirlərim var və bununla məşğul olmağı çox faydalı hesab edirəm. Bir sözlə, yenidən və möhkəm başlamaq. Çünki bu lazımlıdır. Fikrim bundan ibarətdir.
Yəni fəaliyyətiniz ancaq “Tövbə” Cəmiyyəti ilə məhdudlaşacaq?
– Biz cavanları, gəncləri düz yola gətirmək xətti seçmişik. Ailələrin dağılmasının qarşısını almaq üçün çalışırıq. Bəzən görürsən ki, gənclər bu gün ailə qurur, sabah isə ailə dağılır. Belə məsələlər var. Biz də çalışırıq ki, gənclərimiz düz yolda olsun. Bunun üçün işlər aparırıq.
– Ancaq mənə elə gəlirdi ki, sizin də iddialarınız ola bilər…
– Mən ən böyük iddiam gənclərimizin sağlamlığıdır. Dediyim istiqamətdə çalışmaqdır. Bu həm bu dünyanın, həm də axirətin zəhmətinin bəhrəsidir.
– Maraqlıdır, sizin Azərbaycan iqtidarı, onun nümayəndələri ilə salam-sağolunuz varmı?
– Əvvəl necə olubsa, indi də o cürdür. Yəni mənim bütün dövrlərdə iqtidarda olanlarla salamım olub. Başqa sözlə, o kəslərlə salamım varsa, deməli indi də var, salamım olmayanlarla isə indi də yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button