Now Reading:
“Hacı Cavad” Məscidi tarixi və qorunan abidələr siyahısından çıxarılıb – Nazirlikdən açıqlama

“Hacı Cavad” Məscidi tarixi və qorunan abidələr siyahısından çıxarılıb – Nazirlikdən açıqlama

Mədəniyyət və Turizm Nazirliyi “Sovetski” adlanan ərazidəki “Hacı Cavad” məscidinin sökülməsinə münasibət bildirib.

BakıPost.az-a açıqlama verən nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov bildirib ki, “Hacı Cavad” Məscidi tarixi və qorunan abidələr siyahısından çıxarılıb:

“Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlərə mütəxəssislər baxış keçirib. Ötən il artıq mütəxəssislərin rəyi nəticəsində hər iki məscidin dayanaqlılığının zəifliyini nəzərə alaraq onlar müvafiq qərar əsasında qorunan abidələr siyahısından çıxarılıb”.

Qeyd edək ki, Bakının “Sovetski” adlanan ərazisindəki “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi sökülüb, “Hacı Cavad” məscidinin isə sökülməsi nəzərdə tutulur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.