2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

"Hacı Cavad" məscidinin keçmiş axundu sərbəst buraxılıb

Bakı/26.10.11 “Hacı Cavad” məscidinin keçmiş axundu, şiə ilahiyatçı,  oktyabrın 25-də günorta saxlanılmış Əhliman Rüstəmov gecəyarısı sərbəst buraxılıb. Bu barədə onun yaxınları məlumat veriblər.

Rüstəmov Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib. Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı qısamüddətli həbslərə məruz qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla yanaşı, “Azərbaycanın din xadimləri” birliyinin üzvü və maide.az saytının baş redaktoru Sərdar Babayevə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) ittiham irəli sürülüb.

Yerli müşahidəçilər dindarların saxlanmasını son zamanlar Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsilə izah edirlər. –06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button