Loading...
Loading...
Xəbərlər

Hacı Zeynalabdin Tağıyevin abidəsi açılıb

Bakı/18.01.22 Azərbaycanın görkəmli neft sənayeçisi mesenatı Hacı Zeynalabdin Tağıyevin abidəsinin “İçərişəhər” metro stansiyasının yaxınlığında ucaldılması təsadüfi deyil, bunun böyük rəmzi mənası var. Bu barədə çərşənbə axşamı prezident İlham Əliyev açılış mərasimində bildirib.

Tağıyev bütün ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük töhfə verib.

Tağıyevin xidmətləri arasında Şollar su kəmərinin tikintisinin maliyyələşdirilməsi, teatrların, qızlar üçün məktəbin açılması, yüzlərlə azərbaycanlı gəncin təhsil almaq üçün xaricə göndərilməsi də var.

“O, böyük insan, xalqa bağlı, bütün qəlbi ilə xalqı sevən, xalqın gələcəyi haqda düşünən insan idi”, – Əliyev deyib.

“Tağıyevin əsasını qoyduğu xeyriyyəçilik ənənələri bu gün də müstəqil Azərbaycanda davam etdirilir bu sahədə ən böyük xeyriyyəçi Heydər Əliyev Fondudur”, – o qeyd edib.—05D06-

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun