Hacıbala Abutalıbov bu sərvəti necə əldə edib?

Hacıbala Abutalıbov mer olduğu illərdə qohumları ilə yaxın adamlarının adına saysız-hesabsız bina və obyekt  rəsmiləşdiribmiş…

Bir neçə gün əvvəl Baş Nazirin müavini Əli Əhmədov Kənd Təsərrüfatı naziri İnam Kərimovla birlikdə paytaxtdakı “Yaşıl bazar”da qiymətlərlə maraqlanıblar. Rəsmilər bazardakı qiymətlərin baha olduğunu bildiriblər. 

“Yayın ortasında kartofun qiyməti 2 manat olmaz”, – deyə Əli Əhmədov bildirib.

Bundan bir qədər sonra isə məlum olub ki, Ə.Əhmədovun qiymətlərinin baha olduğunu dediyi bazara Baş Nazirin başqa bir müavini Hacıbala Abutalıbov sahiblik edir.

Unikal” qəzetinin əldə etdiyi məlumata görə, o, bazarın idarəçiliyini oğlu İsrafil Abutalıbov və yaxın adamı olan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.

Lakin Hacıbala Abutalıbov insanı heyrətə gətirən sərvətini sadəcə “Yaşıl bazar”la məhdudlaşdırmayıb. Belə ki, Unikal.org-a daxil olan başqa bir məlumata görə, Baş Nazirin müavini hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu illərdə bir sıra dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib.

Bu barədə məlumat verən mənbə həmin bina və obyektlərin bir hissəsinin siyahısını da təqdim edib. Siyahıdan bəlli olur ki, paytaxtın Füzuli küçəsi 39–də yerləşən və “sürüşdürülən bina” kimi tanınan binanın 1-ci mərtəbəsini  zəbt edən və obyektə çevirən (“Klassik-Şəms”) vitse-premyer bundan başqa “Qış parkı”nda  yerləşən “Zambaq”, “İnnab” və “Palıd” kafelərinin də sahibidir. 

Hacıbala Abutalıbov Yasamal rayonu, Mətbuat prospekti, köhnə “Ovçular” evinin yerində salınmış parkda “Özsüt” və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən “Sütiş” restoranlarının olduğu, həmçinin  Nəsimi rayonu, 647-ci məhəllə, akademik Mirəli Qaşqay küçəsi 61-də vaxtilə Mənzil-İstismar sahəsinin (MİS) yerləşdiyi 103 kvadrat metrlik sahəni də özünə yaxın şəxslərdən Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirib. 

17 il (2001-2018-ci illər) Bakıya rəhbərlik edən Hacıbala müəllimin ələ keçirdiyi daşınmaz əmlakların siyahısı bununla da bitmir.

Məlum olur ki, o, Abdullayeva Səmayə Qulam qızının adına həmçinin, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, vaxtilə İqtisadiyyat Komitəsinin yerləşdiyi 113.7 kv metrlik sahəni də rəsmiləşdirib. Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən, vaxtilə “”Bakıelektrikşəbəkə” ASC-nin anbarının və qarajlarının yerləşdiyi sahəni də özününküləşdirən, hazırda isə anbar kimi icarəyə verən sabiq mer Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağının həyətində inşa olunan 3 mərtəbəli restoranın da sahibidir. 

Hələ bu harasıdır? Rəşid Behbudov küçəsində, Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən 7 mərtəbəli iş mərkəzi inşa etdirmiş Hacıbala Abutalıbov bu qədər sərvətlə də kifayətlənməyib və Hüseyn Cavid parkında yerləşən “Yaşıl” çay evini də öz nəzarətinə keçirib. 

Nərimanov rayonunda Ticarət Departamentinin inzibati binası üçün icarəyə verilmiş tikili, Binəqədi rayonu ərazisindəki “Heydər məscidi”nin yanındakı mərasim evi də Hacıbala müəllimin sərvətləri siyahısındadır. Yeri gəlmişkən, kifayət qədər maraqlı bir məqamı da diqqətinizə çatdırmaq istəyirik: mərasim evinin yerləşdiyi ərazidə məskunlaşmış vətəndaşların köçürülməsi dövlət vəsaiti hesabına baş tutmuşdu. 

Balaxanı qəsəbəsində yerləşən və qara metalların sinklənməsi üzrə ixtisaslaşan zavodu (“Qalzansiya”) da ələ keçirən Hacıbala Abutalıbov mer olduğu zamanlarda sürətlə böyütdüyü sərvətini Baş Nazirin müavini olarkən də artırmağa davam edir. Belə ki, hazırda o, Yasamal rayonu, Qurban Xəlilov küçəsində, Vergilər Nazirliyinin arxasında yeni salınmış parkda yeni kafelər inşa etməkdədir, bu məqsədlə artıq 2 bünövrə qazılıb, betonlama işləri tamamlanıb, bünövrələrin üstü bağlanılıb. Yəqin ki, çox keçməyəcək, həmin kafelər də fəaliyyətə başlayacaq və Hacıbala müəllim üçün növbəti qazanc mənbələri yaranacaq. 

Şübhəsiz ki, sadaladıqlarımız Abutalıbovun ümumi sərvətlərinin heç də hamısı deyil; buradan isə belə nəticə çıxır ki, o, paytaxta rəhbərlik etdiyi dövrdə “Bakımızı daha da gözəlləşdirmək və abadlaşdırmaq” missiyasının arxasında əslində öz sərvətlərinin miqyasını genişlətməklə məşğul olub.  

Ən maraqlısı isə odur ki, keçmiş Bakı meri, hazırda isə vitse-premyer olan şəxs mətbuata bir neçə açıqlamasında var-dövləti ilə bağlı iddiaları təkzib etmək, yalanlamaq yolu tutub, az qala belə bir təsəvvür yaratmağa çalışıb ki, hansı postu tutmasından asılı olmayaraq, sadəcə, üzərinə düşən vəzifələri yerinə yetirməklə məşğul olub, maaşı ilə dolanıb… 

Lakin reallıq başqa şeyi deyir: Abutalıbovun təkcə daşınmaz əmlaklarının nə ucu var var, nə bucağı.

İstisna deyil ki, o, bu yazıda oxuculara təqdim olunan  bina və iaşə obyektlərinin siyahısını da inkar etmək yolunu tutacaq. Ancaq bu təkzibin də inandırıcılığının digərlərindən fərqlənəcəyinə elə bəri başdan ümid eləməyə dəyməz…

24saat.org

Paylaş:

Adil İsmayılov MTN və Baş Prokurorluğun qanunsuz əməllərini ifşa edir

Sonrakı Yazı »

Qazilər döyülür, deputatlar isə mandat satır

BİZİMLƏ ƏLAQƏ

SON XƏBƏRLƏR

  • Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

    3 həftə ago

    “Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”. Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur ...

    Ətraflı
  • Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

    2 ay ago

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb. Bu barədə Mərkəzi Bankın ...

    Ətraflı
  • Məşhur azərbaycanlı ekstrasens güllələndi – FOTO

    2 ay ago

    Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.Anews.az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus ...

    Ətraflı
  • ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

    2 ay ago

    Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu ...

    Ətraflı
  • Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”

    2 ay ago

    “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən ...

    Ətraflı
  • KİVDF-yə ayrılan vəsait artırılır

    2 ay ago

    2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq 2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...

    Ətraflı
  • Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

    2 ay ago

    Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ...

    Ətraflı
  • “Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət

    2 ay ago

    Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.  “Sözügedən ərazi kənd ...

    Ətraflı
  • Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu

    2 ay ago

    Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər ...

    Ətraflı
  • Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

    2 ay ago

    Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır. Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə ...

    Ətraflı
  • Hindistanın vitse-prezidenti Bakıya gələcək

    2 ay ago

    Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək. “Report” xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək. Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç ...

    Ətraflı
  • Zahid Oruc: ‘İslahatların sürəti prezidentin iradəsinə bağlıdır’

    2 ay ago

    Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib: – Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. ...

    Ətraflı
  • İlham Əliyev bunu da etdi

    2 ay ago

    Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət ...

    Ətraflı
  • Ramiz Mehdiyev vəzifəsindən azad edildi

    2 ay ago

    Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib. ...

    Ətraflı
  • Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

    2 ay ago

    Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqaİlham Əliyev Fərman ...

    Ətraflı
  • 19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

    2 ay ago

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb: “19 oktyabr ...

    Ətraflı
  • İstiqlalçı millət vəkilinin üzərində polis vəhşiliyinin izi FOTO

    2 ay ago

    19 oktyabr mitinqində polis vəhşiliyinə məruz qalanlardan biri də Milli Şura Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı millət vəkili İbrahim İbrahimli olub. Sosial şəbəkələrdə onun boğaznda polis zorakılığının izi ...

    Ətraflı
  • Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

    2 ay ago

    Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş ...

    Ətraflı
  • Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

    2 ay ago

    Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər ...

    Ətraflı
  • “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar dayandırılsın”

    2 ay ago

    İnsan haqları komissarı polis zorakılığından narahatdır “Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə ...

    Ətraflı
  • Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı? – İlkin Rüstəmzadə

    2 ay ago

    Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa ...

    Ətraflı
  • ABŞ səfirliyi müxalifətin aksiyası ilə bağlı bəyanat yaydı

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb. Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın ...

    Ətraflı
  • Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi

    2 ay ago

    24saat.org saytı president.az saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 21 Oktyabr 2019-cu il tarixində imzaladığı sərəncamlara əsasən Baş nazirinin iki müavini Hacıbala Abutalıbov və ...

    Ətraflı
  • Mirşahin xarici diplomatların səs yazısını yaydı – VİDEO

    2 ay ago

    Mirşahin rəhbərlik etdiyi telekanalda Milli Şura üzvü Gültəkin Hacıbəyli ilə ABŞ və Avropa İttifaqı üzvü olan diplomatların qeyri-qanuni yolla əldə edilmiş səs yazısını yayımlayıb. 20.10.2019-cu ildə “Real ...

    Ətraflı
  • AXCP sədri Əli Kərimli həbs olunub

    2 ay ago

    Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir. Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ...

    Ətraflı
  • Ərdoğan Trampın tvitinə cavab verdi: “Qalib gəlsək…”

    2 ay ago

    Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib. Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından ...

    Ətraflı
  • Nazir: “Gələn il pensiyaların orta aylıq məbləği 293 manat olacaq”

    2 ay ago

    “Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”. az24saat.org xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi ...

    Ətraflı
  • Bir neçə rayonun qaz təminatında fasilə yaranacaq

    2 ay ago

    Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, ...

    Ətraflı
  • Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

    2 ay ago

    Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. az24saat.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ...

    Ətraflı
  • Trump: “Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız”

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü “öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız” deyib. O, bunu Texas-da keçirilən ...

    Ətraflı
  • Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir

    2 ay ago

    Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Sovet rejiminin dağılma ərəfəsində Azərbaycan Ali Sovetində imzalanan “Müstəqillik Aktı” ilə dövlət müstəqilliyi bütün dünyaya bəyan ...

    Ətraflı
  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    2 ay ago

    Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. az24saat.org  “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, ...

    Ətraflı
  • Siyavuş Novruzov: “Prezidentin xəbərdarlıq etdiyi məmurlar istefa verməlidir…”

    2 ay ago

    “Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim ...

    Ətraflı
  • Yeni agentlik yaradılıb

    2 ay ago

    Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.Bu barədə prezident İlham Əliyev oktyabrın 16-da fərman imzalayıb.Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra ...

    Ətraflı
  • Daha bir yol bağlanıb – RƏSMİ

    2 ay ago

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ...

    Ətraflı
  • “Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

    2 ay ago

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar ...

    Ətraflı
  • Davamı

    Daha Çox