2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hacıqabul İH 20 Yanvar əlilinin ittihamlarına faktlarla CAVAB VERDİ – TİKİLƏN EVİN GÖRÜNTÜLƏRİ

“Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən Yalçın Dəmirova yardım olunub. Onun evinin dam örtüyü üçün 3 min manat, döşəmənin təmirinə 2100 manat, tavana və suvaq materialına 2069 manat verilib. Bu günlərdə icra hakimiyyətindən 1500 manat usta pulu alıb. Ümumilikdə bu şəxsə 8669 manat yardım edilib. Bu faktlar da sənədlərdə öz əksini tapıb”.

Bu sözləri 24saat.org-a Hacıqabul Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əsabil Məmmədov II qrup 20 Yanvar əlili Yalçın Dəmirovun mənzil şəraiti haqda danışarkən deyib. RİH rəsmisi bildirib ki, sentyabrın 22-də vətəndaşın həyat yoldaşı icra başçısı Əhməd Muxtarova müraciət edib:

“Əhməd müəllimə çox sağ olun deyib. Bəs sizdən yerlə göyə qədər razıyıq. Onun minnətdarlıq məktubu da bizdə var. Gərək Yalçın Dəmirov sizə göndərdiyi şikayət məktubunda yazaydı ki, icra başçısı mənə kömək edib.

Saytların yığılması Saytlarin yigilmasi

Əslində, əlillərin mənzil şəraitinin yaxşılaşdırılması və evlə təmin olunması işinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır.
Ancaq biz o insanın vəziyyətini nəzərə alaraq müxtəlif yollarla yardımlar etmişik. Onun evi genişdir. Bildiyim qədər də indi özünə hasar çəkdirmək və tualet tikdirmək üçün icra hakimiyyətinə müraciət edib”.

Qeyd edək ki, saytımızda Y.Dəmirovun şikayəti yayımlanıb. O, redaksiyamıza ünvanladığı fotolarda daxmada yaşadığını qeyd edib. Şikayətçi deyib ki, dəfələrlə müraciət etsə də, rayon rəhbərliyi kömək etməyib.

24saat.org saytının ünvanına daxil olan məktubda isə İH yardımı ilə (istifadə olunan daşdan başqa bütün xərclər İH başçısı tərəfindən ödənilib) tərəfindən Yalçın Dəmirova tikildiyi iddia olunan evinin fotogörüntüləri əksini tapıb. Həmin fotoları təqdim edirik:

ev7

ev11

ev22

ev33

elil-mektub1

elil-mektub

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button