2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Hackerlər Microsoft-un bir neçə layihəsinin mənbə kodlarını oğurlayıblar

    Görünür, Lapsus$ adlı hacker qruplaşması Samsung-dan sonra növbəti hədəfi kimi Microsoft şirkətini seçib. Bu barədə məlumatı sözügedən hacker qruplaşması öz Telegram kanalında foto vasitəsilə yerləşdirib. Verilmiş məlumata əsasən hackerlər çox güman ki, Microsoft Azure DevOps repozitoriyalarını əldə ediblər. Sübut qismində isə hackerlər Cortana səsli köməkçisinin mənbə kodunu və Bing axtarış sistemi üzərində qurulmuş bir neçə layihəni özündə birləşdirən məlumatlar bazasının fotosunu təqdim ediblər. Microsoft məlumat sızıntısının baş verdiyini hələ təsdiqləməyib. Lakin məlumata əsasən şirkət artıq daxili istintaqına start verib.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Lapsus$ adlı hacker qruplaşması həmçinin NVIDIA və Samsung şirkətlərinə qarşı kiberhücumlar reallaşdırmışdı. Bununla belə həmin şirkətlər hackerlər tərəfindən hansısa tələblərin olduğunu bildirməmişdilər. Microsoft-un bəzi məhsulları barəsində məlumatlar bazasının sızdırılması məsələsinə gəldikdə isə hackerlərin bunu hansı üsul vasitəsilə reallaşdırdıqları barəsində də məlumat verilməyib. Lakin çox güman ki, hackerlər şirkət əməkdaşlarından birinin istifadəçi hesabına kiberhücum reallaşdıraraq bunu həyata keçiriblər. Microsoft daha öncədən də qeyd edib ki, onun məhsullarının mənbə kodlarının sızdırılması şirkət müştəriləri üçün böyük risklər yaratmır.

24 saat” “Hackerlər Microsoft-un bir neçə layihəsinin mənbə kodlarını oğurlayıblar” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button