2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hadı Rəcəblidən barəsindəki iddialara – Reaksiya

Lənkəranın deputatı Hadı Rəcəbli həmkarı və həmyerlisi Rüfət Quliyevlə biznes rəqabətində toqquşduğu haqda iddialara dərhal reaksiya verib.

24saat.org-un əməkdaşı millət vəkili ilə əlaqə saxlayıb və saytda gedən yazıya münasibətini öyrənib. H.Rəcəbli qeyd edib ki, R.Quliyevlə çox xoş münasibətləri var və deyilənlər reallıqdan uzaqdır: “Rüfət müəllimlə hər zaman dostluq əlaqələri olub. Bu iddiaların əsası yoxdur. O ki qaldı biznes maraqlarının toqquşmasına, mənim heç bir biznesim yoxdur. Üç ildir ki “Mayak” hotelinin mənə aid olduğunu yazırlar. Ancaq belə deyil. Rüfət müəllimlə heç aramızda bir problem olmayıb”. Qeyd edək ki, yazıda deputatlar arasında turizm biznesi uğrunda qovğa olduğu iddia edilmişdi. Rayondakı “Palıdlı sahil” və “Mayak” hotelinin deputata məxsus olduğu bildirilmişdi. Yada salaq ki, “Mayak” hoteli Lənkəranın uşaq xəstəxanasının binasıdır. Xəstəxananın deputat tərəfindən alındığı, aşağı mərtəbəsinin “Zaminbank”ın filialı, yuxarının isə hotel və restoran edildiyi xəbər verilir. Xəstəxana rayonun keçmiş konserv zavodu ilə üzbəüz yerləşir.

had

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button