2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Hadisədən bir neçə gün əvvəl də o mənzildən qışqırtı gəlirdi…”

Xəbər verildiyi kimi dünən- fevralın 20-də Nizami rayonu, R.Rüstəmov küçəsində  1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun iki azyaşlı övladı evdən pul oğurlamaq üçün gələn cani tərəfindən qətlə yetirilib. Qətli törədən Gülnarın bacısının həyat yoldaşı 1981-ci il təvəllüdlü Əhəd Əliyevdir. Qatil evdən 43 min manat götürərək hadisə yerini tərk edib. Hazırda o tutulub, evdən götürdüyü pulun bir hissəsi də üzərində aşkarlanıb.

Qonşular deyirlər ki,  ailə 2 ilə yaxındır ki 48 saylı binada kirayədə qalırmış. Gülnarın həyat yoldaşı TIR sürücüsü işləyir və hadisə baş verən gün xaricdə olub.  Qonşular deyiblər ki, G.Qaraxonava işləyirmiş, uşaqlar isə 214 saylı məktəbdə təhsil alırlarmış.

Saytların yığılması Saytlarin yigilmasi

Qonşulardan biri danışıb ki,  qətlin baş verdiyi gecə polis çağrılması xəbəri yanlışdır. Yalan-yanlış məlumat səbəbindən mətbuata açıqlama verməkdən çəkinirlər.  “Əslində qətldən bir neçə gün əvvəl evdən qışqırtı səsləri gəlib.  Qonşular polis çağırıblar, amma qadın deyib ki, heç bir problem yoxdu, hər ailədə olan mübahisədi. Indi fikirləşirik ki, bəlkə qatil ona hədə-qorxu gəlib, ya da doğrudan da adi mübahisə olub”, –  qonşulardan biri deyib.

Digəri isə deyib ki, şəxsən o evdə olub, amma hadisə baş verən gün səs-küy eşitməyib.  “Hərə bir söz danışır.  Qonşular  səhər tezdən qapıda qan izləri görüblər və polisə məlumat veriblər.  Olduqca sakit, heç kimlə işi olmayan ailə idi. Doğrusu, qonşularla çox da ünsiyyətdə olmurdular”, – qonşulardan biri deyib.

Bina metronun bir addımlığında , əhalinin gur olduğu ərazidə yerləşir.  Qonşular əlavə edirlər ki, köhnə bina olduğundan kimsə möhkəm danışanda hamı eşidir.  Hazırda küçədə dayanan uşaqlar belə bu dəhşətli faciədən danışırlar. Yeniyetmə deyir ki, qızla eyni məktəbdə təhsil alıblar. Çox vaxt dərsə gedəndə küçədə qarşılaşırdılar. Və indi hadisənin şokundan çıxa bilmir.

“Ataları xaricdə idi. Heç kim ürək edib hadisə ilə bağlı ona məlumat vermək istəmirmiş. Yerdə qan izləri vardı. Polislər içəri girməyə icazə vermədilər”, – sakinlər danışır.

Bildirilir ki, Əhəd Əliyev bir müddət əvvəl həyat yoldaşından ayrılıbmış, Bakıdakı kursların birində kimya-biologiyadan dərs deyirmiş. Sosial şəbəkədə ailəni tanıyanlar Əhədin  son vaxtlar tanıdığı hər kəsdən borc istədiyi,  özünə qapandığını yazıblar.   Son günlər isə hamı ilə əlaqəni tam kəsibmiş.

Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yaşayan Şəbnəm Qurbansoy BBC News Azərbaycancaya deyib ki, qonşular polis çağırıblar, lakin əraziyə gələn polis əməkdaşları “ailə münaqişəsi” olduğunu deyərək mənzilə daxil olmayıblar.

“Evdən uşaqların qışqırıq səsləri gəlirdi. Biz qonşular çölə çıxdıq. Uşaq çığırırdı ki, anamı öldürdü, kömək edin. Biz də yığışdıq qapını açmaq istədik, amma içəridən kimsə müqavimət göstərirdi qapını aça bilmədik”, – Şəbnəm Qurbanova deyib.

Onun sözlərinə görə, evdə olan uşaqlardan biri polisə yalan deyib və polis də bunu yoxlamadan çıxıb gedib, qonşulara da deyib ki, dağılışın. “Gələn polis qapıdan dedi ki, gələn polis əmidir. Uşaq səsi də içəridən dedi ki, aşağı qiymət almışam deyə atam evdə əsəbləşib. Bu sözlərdən 2-3 dəqiqə sonra polislər çıxıb getdilər”, – Şəbnəm Qurbanova bildirib.

Mərhumun bibisi oğlu Şahlar Məlikovun bildirdiyinə görə, Əhəd Əliyev küçədə Gülnar Qaraxanlını izləyib, onun arxasınca evə girib və boğazını kəsmək istəyib. Bu zaman onunla əlbəyaxa olan G.Qaraxanova başından bıçaq zərbəsi alıb. Hadisə baş verəndə uşaqlar evdə olublar. Qadına yeddi bıçaq vurulub, uşaqların isə boğaz nahiyəsi kəsilib. Qətli törədən şəxsin qıza əlavə beş bıçaq da vurduğu bildirir. (virtualaz)

24 saat” ““Hadisədən bir neçə gün əvvəl də o mənzildən qışqırtı gəlirdi…”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button