2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hadrutda Azərbaycan SQ-nin xüsusi təyinatlı briqadası yerləşəcək

Bakı/24.12.21 Dekabrın 24-də Hadrut şəhərində Azərbaycanın xüsusi təyinatlı qoşun briqadasının bazasının açılış mərasimi keçirilib. Mərasimdə dövlət başçısı İlham Əliyev də iştirak edib.

O qeyd edib ki, xüsusi təəyinatlı qüvvələrin briqadasının yaradılması Azərbaycan Silahlı Qüvvələrində yeni təzahürdür. Bu hərbi birləşmə milli ordunun potensialını xeyli artıracaq.

Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə ölkə hüdudlarından kənarda hər hansı təhdid olsa, bunun qarşısı alınacaq. “Heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər, heç kim bizi dayandıra bilmədi”, deyə Əliyev qeyd edib. -02D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button