2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hafiz Hacıyev: “Çünki 2-3 nəfər istisna olmaqla məmurların hamısı xəyanətkardır”

“Məmurların yalan detektorundan keçirilməsinə ehtiyac yoxdur”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev uzun müddətdir ki, prezidentin ətrafındakı məmurların böyük əksəriyyətinin ölkə başçısına münasibətdə səmimi olmadığını, ona xəyanət etdiyini gündəmə gətirməkdədir.

Maraqlıdır, H.Hacıyev məmurların prezidentə münasibətdə səmimi olub-olmadığını müəyyənləşdirmək üçün onların yalan detektorundan keçirilməsini zəruri hesab edirmi?

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-a açıqlama verən H.Hacıyev buna ehtiyac olmadığını vurğulayıb:

“Məmurların yalan detektorundan keçirilməsinə ehtiyac yoxdur. Çünki prezientin ətrafındakı məmurlardan cəmi 2-3 nəfər istisna olmaqla, onların hamısı ölkə başçısına xəyanət edir. Bu gün ixtiyarında milyardlarla manat vəsait olan məmur təbəqəsi prezidentə xəyanət edir. Vaşinqtonda müəyyən qüvvələrlə əlaqə yaradan, gizli sövdələşmələr aparan nazirlər, nazir övladları heç vaxt prezidentə sadiq ola bilməzlər. Mən həmişə demişəm və bu gün də deyirəm ki, ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələr hakimiyyətin daxilindədir.

Əlində milyardlarla manat vəsait olan məmurlar bu pulların əllərindən çıxacağından ehtiyat edir. Onlar qorxur ki, prezident islahat aparacaq və onların əksəriyyətini həbs etdirəcək. Ona görə də onlar prezidentə xəyanət edirlər. Mən bunu 2-3 ay bundan öncə demişdim. Siyavuş müəllim isə bu günlərdə dilə gətirdi ki, mitinqlərə hakimiyyət daxilində dəstək verənlər var.

Prezidentin əhatəsində olan 2-3 məmur istisna olmaqla onların hamısı ölkə başçısının fərmanlarını sabotaj edir, onun qərarlarının əksinə gedir. Onlar çalışırlar ki, xalqı prezidentdən narazı salsınlar. Buna müəyyən qədər nail olublar.

Məgər Azərbaycan duzu da xaricdən alır ki, duzun qiyməti qaldırılır? Masazır duz gölü duzla doludur. Kənd təsərrüfatı naziri deyir ki, bizim yüz tonlarla taxılımız var. Hanı o taxıl? Bu gün 200 manat maaş alan, aşağı pensiya alan şəxslərin ah-naləsi ərşə qalxır.

Hesab edirəm ki, preizdidentə xəyanət edən məmurların cəzalandırılması istiqamətində qəti addımlar atılmalı, onlar həbs edilməli, məsuliyyətə cəlb olunmalıdır”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button