2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Hafiz Hacıyevin çağırışı olmasa…”

“Hafiz Hacıyevin çağırışı olmasa Azərbaycanda heç bir müxalifət təşkilatı kütləvi etiraz aksiyası keçirə bilməz.”

Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, onların partiyası yaxın vaxtlarda ölkədə irimiqiyaslı mitinqlər keçirməyi planlaşdırır:

Saytların yığılması Saytlarin yigilmasi

“Mən rayonlarda olsam belə Bakıdakı prosesləri izləyirdim. Milli Şuranın mitinqinin zəif olacağını əvvəldən proqnozlaşdırırdım. Çünki sosial şəbəkələrdə olan yüz minlərlə izləyicim mənim bu mitinqdə getməyəcəyimi xəbər tutduqdan sonra mitinqə getməyəcəklərini açıq formada bəyan edirdilər. Bizim partiyanın siyasi şurasının növbəti toplantısı bu ay baş tutacaq. Bu toplantıda Biz mitinqlə bağlı qərar qəbul edə bilərik. Mənim dediklərimə iqtidardan da dəstək gəlir Yevda Abramov dediyim bütün fikirləri artıq parlamentin tribunasından səsləndirməyə başlayıb. Azərbaycanın əsas müxalifət partiyası bizik. Bizim partiyanın dəstəyi olmadan heç kim siyasi proseslərdə önə çıxa bilməz. Mən Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün böyük işlər görmüşəm. Mənlə oturub bir yerdə çörək yeyən məmurlar var idi. İndi onlar heç mənim zəngimə cavab vermir. Biz ölkədəki bütün rüşvətxor məmurları ifşa edirik. Bundan sonra da davam edəcəyik. Bu məmurlar isə hər zaman olduğu kimi prezidentə xəyanət edir. Ziya Məmmədovun kimliyini mən apardım mübarizə ilə ifşa edə bildim. İndi Onun qudası Heydər Əsədov ölkəni talamaqla məşğuldu. Bu insanlar prezidenti təkləmək istəyirlər, amma bilmirlər ki, İlham Əliyevin Hafiz Hacıyev kimi qardaşı var. Mən bir məsələni də qeyd etmək istəyirəm. Azərbaycanda söz azadlığı, toplaşmaq azadlığı yoxdu deyənlər görmür ki, mən Hafiz Hacıyevin prezidentimizin qurduğu demokratik mühitdən istifadə edərək necə çıxışlar edirəm? Yaxud da ötən həftə Bakının mərkəzində baş tutan aksiya. Bütün bunlar prezidentimizin gördyü işlərdi. Müxalifət isə mitinqlərdə ancaq prezidentə qarşı şüarlar səsləndirir. Çünki onlar iqtidar daxilində olan xəyanətkarlarla əlaqəlidir. Biz ilk mitinqimizdə prezidentə xəyanət etmiş qüvvələri ifşa edəcik. Mən əminəm ki, bizim mitinqlər çox möhtəşəm olacaq. Mən bir daha qeyd etmək istəyirəm ki, xalq hər şeyi görə bilir artıq. Bizim dəstək vermədiyimiz heç bir qurum nə kütləvi aksiya keçirə bilər nə də hakimiyyətə gəlib öz iqtidarını möhkəmlədə bilər. Mən 3 dəfə prezidentliyə namizəd olsam də hər dəfə dəstək verdiyim şəxs ölkənin prezidenti olub.”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button