2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hafiz Məmmədov ev dustaqlığına buraxıldı

İş adamının borcun bir hissəsini ödədiyi bildirilir

“Baglan Group” şirkətlər qrupunun rəhbəri, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədov üç gün həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb. 

Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib.

Saytların yığılması Saytlarin yigilmasi

Yanvarın 31-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyilə iş adamının ev dustaqlığına buraxılması haqda vəkilinin vəsatətinə baxılıb. 

Meydan TV-nin əldə etdiyi məlumata görə, vəkil vəsatətində göstərib ki, Hafiz Məmmədovun həbsinə səbəb olan vergi borcunun bir hissəsi artıq ödənilib.

Qalan hissə də yaxın vaxtlarda ödəniləcək.

Vəkil vurğulayıb ki, Hafiz Məmmədovun istintaqdan yayınmaq, prosesin gedişinə, şahidlərə təsir göstərmək niyyəti yoxdur.

Hakim vəsatəti təmin edib və iş adamı ev dustaqlığına buraxılıb.

Hafiz Məmmədov barəsində cinayət işinin istintaqı Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aparılır. Hafiz Məmmədovun rəhbərlik etdiyi şirkətlərin böyük məbləğdə vergi borcları var.

Hazırda məhkəmələrdə Hafiz Məmmədov və ailə üzvlərinə qarşı çoxsaylı məhkəmə iddiaları var. Həmin iddiaların bir çoxunda Məmmədovlara məxsus əmlakların müsadirəsi tələb olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button