Loading...
Loading...
Cəmiyyət

“Hafka”nın şikayəti təmin edilmədi

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddiası əsasında “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-yə qarşı məhkəmə çəkişməsi davam etdirilib. Bakı Apellyasiya Məhkəməsində “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-nin verdiyi apellyasiya şikayətinə baxılıb. Hakim Afaq Nuriyevanın sədrliyi ilə keçirilən iclasda MMC-lərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Bank borcun tutulması barədə tələb irəli sürüb.

Lakin borcun məbləği açıqlanmayıb. Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan MMC-lər apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, “Baghlan Group”un sahibi “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.

Rəşad VAQİFOĞLU

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button