2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Haitidə güclü zəlzələ – ən az 29 nəfər ölüb

ABŞ Geoloji Xidmətinin bildirdiyinə görə, şənbə günü Haitinin qərbində çoxlu insan itkisinə və geniş fəlakətə səbəb olan böyük bir zəlzələ baş verib. Yıxılaqlarından qorxan insanlar evlərini tərk etməyə başlayıb.

USGS-dən verilən məlumata görə, 7,2 bal gücündə zəlzələ paytaxt Port-a-Prensin təxminən 150 km. qərbində, Petit Trou de Nippes qəsəbəsindən 8 km. (5 mil) məsafədə, 10 km. dərinlikdə baş verib.

Bu, potensial olaraq 11 il əvvəl Haitidə baş verən və on minlərlə insanın ölümü və bir çox insanın evsiz qalmasına səbəb olan 7 bal gücündə zəlzələdən daha böyük zəlzələ daha ola bilər.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ Tsunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra bir sunami xəbərdarlığı verib, amma qısa müddət sonra xəbərdarlıq aradan qalxıb. Haiti mediası sahildə yaşayan bir çox insanın artıq dağlara qaçdığı haqda məlumat verib.

Haiti Mülki Müdafiə Xidməti Twitter-də əməkdaşları arasında itki ehtimalı ilə bağlı ilkin məlumatların olduğunu bildirib.

Sosial mediada yayımlanan görüntülərdə yaxınlıqdakı Jeremi qəsəbəsindəki evlərin və kilsənin bir hissəsinin dağıntıya çevrildiyi göstərilir.

“Qonşuluğumda insanların qışqırdığını eşitdim. Onlar küçəyə qaçırdılar” deyən Port-a-Prins sakini Sefora Pier Luis hələ də şok vəziyyətində olduğunu söyləyib. “Heç olmasa çölə çıxa biliblər. 2010 -cu ildə nə edəcəklərini bilmirdilər. İnsanlar hələ də küçələrdədirlər,” o əlavə edib.

Zəlzələ Haitidə artıq mövcud siyasi, humanitar və təhlükəsizlik böhranları dövrünə təsadüf edir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button