2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Haker hücumu yanacaqdoldurma stansiyalarının işini pozub

İranda yanacaqdoldurma stansiyalarının işində hökumətin idarə etdiyi sistemdən qaynaqlanan kəsinti yaranıb. Dövlət televiziyası bunun kiberhücum olduğunu deyib.

Milli Təhlükəsizlik Şurasının rəsmisi oktyabrın 26-da benzin paylayıcı kompüter sisteminə hücum olduğunu təsdiqləyib. Stansiyalarda isə uzun növbələr yarandığı, çoxunun bağlandığı xəbər verilir.

“Texniki problem”

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə IRNA dövlət mediası Daxili İşlər Nazirliyinin sözçüsünə istinadla insidentin subsidiya ilə verilən yanacaq üzrə kart sistemində “texniki problem”lə bağlı olduğunu yazırdı. Hökumət kiberhücumu etiraf etmək istəmirdi.

ISNA yarırəsmi xəbər agentliyi isə yanacaqdoldurma stansiyaları sahibləri assosiasiyasının prezidentinə istinadla kiberhücum olduğunu yazıb. Xəbər az sonra silinib, proqramda problem çıxması haqda şərhlərlə əvəzlənib.

Neft Nazirliyi rəsmilərinin problemi yoluna qoymaqdan ötrü “fövqəladə iclas” keçirdiyi deyilir.

Sosial mediada yayılan videolarda Tehran daxil bəzi şəhərlərdə elektron küçə bilbordlarında Ali dini lider Əli Xameneyiyə ünvanlanan mesajlar oxunur: “Xameneyi, yanacağımız hanı?”

Xameneyinin ofisindəki nömrə

ISNA yazır ki, hökumətin verdiyi kartla yanacaq almaq istəyənlər “kiberhücum 64411” mesajını oxuyublar. Bu xəbər də sonradan silinib, amma sosial media istifadəçiləri oxşar mesajları paylaşıblar.

“64411” ali dini liderin ofisində şəriət qanunuyla bağlı suallar üçün nəzərdə tutulmuş qaynar xətdir.

Bu insident İranda 2019-cu ilin noyabr etirazlarının ildönümünə təsadüf edir. Etirazlara subsidiyalı qazın bahalanması səbəb olmuşdu, sonradan ölkəboyu anthökumət etirazlarına çevrildi.

Təhlükəsizlik qüvvələri etirazları zorakılıqla yatırdı. “Amnesty International” azı 304 nəfərin öldürüldüyünü bildirdi. Parlamentin milli təhlükəsizlik komitəsinin sədri Müctəba Zonur 230 nəfərin həlak olduğunu deyirdi. Təsdiqlənməmiş məlumatlarda isə 1500-dək etirazçının öldüyü iddia edilirdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button