2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hakerlər “ABŞ-ın zərərli proqramını” yayımladı

“Shadow Brokers” adlı bir haker qrupu ABŞ Milli Təhlükəsizlik Agentliyinə (NSA) aid olduğu iddia edilən bir zərərli proqram yayımlayıb. Ələ keçirdikləri bu proqramı əvvəl hərracda satmağa çalışan qrup daha sonra fikrini dəyişərək, onu internet üzərindən pulsuz yayıb.

Bəzi kiber təhlükəsizlik mütəxəssisləri bu zərərli proqram təminatının gerçək, lakin köhnə bir proqram olduğunu söyləyib.
Məsələ ilə bağlı NSA-dan bir açıqlama gəlməyib.
“Shadow Brokers” bloqlarında paylaşılan yazıda bu proqramı Donald Trampa etiraz etmək üçün ifşa etdiklərini bildirib.
Qrup “Rusiya və ya Putin tərəfdarı olmadığını” söyləsə də, bəzi mütəxəssislər qrupun rus hökumətiylə əlaqələri ola biləcəyindən şübhələnir. Lakin bunu iddia edənlərin əlində hər hansı bir dəlil də yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button