2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hakim Ənvər Seyidovun səhhəti ilə bağlı açıqlama

“Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun səhhəti qaydasındadır”. Bunu “Report”a açıqlamasında hakimin hazırda müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli deyib.

Baş direktorun sözlərinə görə, Ənvər Seyidovun vəziyyəti yaxşıdır: “Onun şəkəri yüksəlmişdi deyə, səhhətində müəyyən problem yaranmışdı. Lakin indi hər şey öz qaydasındadır. Həftəsonu o, evə buraxılacaq. Tezliklə də işinə qayıdacaq”.
Qeyd edək ki, 67 yaşlı hakim dekabrın 6-da xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button