2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hakim ailə manatın devalvasiyasından milyonlar qazanıb

Korrupsiya və Mütəşəkkil Cinayətləri Araşdırma Mərkəzi (OCCRP) bildirir ki, prezident İlham Əliyevin ailəsi 2015-ci ildə manatın devalvasiyasından on milyonlarla dollar əldə edib. Həmçinin ailəyə yaxın iş adamları 2015-ci ildə manatın devalvasiyaından bir neçə həftə və gün öncə keçirilən tranzaksiyalarda ən azı 64 mln. dollar əldə ediblər.

2015-ci ilin fevralında Azərbaycan Mərkəzi Bankı milli manatı dollara nisbətdə təxminən üçdə bir hissə devalvasiya edib, 2015-ci ilin dekabrında isə üzən məzənnəyə keçib ki, nəticədə manat bir gün içində daha 50% ucuzlaşıb. OCCRP qeyd edir ki, devalvasiyadan bir neçə gün öncə Əliyev özü, həmçinin Mərkəzin Bankın nümayəndələri əhalini arxayın etmişdilər ki, milli valyutanın məzənnəsi stabil qalacaq. Araşdırmaçı-jurnalistlər sual verirlər: Əliyevin qarşıdakı devalvasiyadan xəbəri vardımı və o bu barədə öz qohumlarına və ya biznes tərəfdaşlarına məlumat verə bilərdimi ki, onlar öz aktivlərini qorusunlar, hətta böhrandan qazansınlar.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalistlərin diqqətini üç bank – Caspian Development Bank, AtaBank və Pasha Bank vasitəsilə həyata keçirilən tranzaksiyalar çəkib. Həmin bankların sahibləri Əliyevlər ailəsinə yaxın biznesmen Əşrəf Kamilov və ya Əliyevlər ailəsinin üzvüdür. Caspian Development Bank və AtaBank Synergy Group-a bağlıdır ki, bu da Ə.Kamilova məxsusdur, Pasha Bank-a isə Azərbaycan prezidentinin qızları nəzarət edir.

OCCRP-nin məlumatına görə, 2015-ci ilin yanvarında az öncə Synergy Group-un nəzarətinə keçən Caspian Development Bank Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) $52 mln. borc verib. Borc illik 6% ilə 5 il müddətinə verilib. OCCRP bildirir ki, kreditin bu cür şərtləri suallar doğurur. Məsələn, borcun məbləği bankın nizamnamə kapitalının 80%-ni ötüb ki, OCCRP bunu “Azərbaycanın bank normativlərinin pozulması” adlandırır. Kredit üzrə dərəcə həmin an beynəlxalq bazarda SOCAR üçün münasib olan həcmdən yuxarı olub.

Yalnız bu sövdələşmə manatın devalvasiyası sayəsində Caspian Development Bank-a 13 mln. manat (12,5 mln. dollar) gəlir gətirib. 2015-ci ilin sonlarında manat il ərzində ikinci dəfə dəyər itirdikdən sonar isə kreditdən gəlir 39,2 mln. manata (25,4 mln. dollar) qədər yüksəlib.

OCCRP-nin fikrincə, digər şübhəli tranzaksiya da manatın devalvasiyasından bir neçə gün əvvəl baş verib. Synergy Group-a daxil olan, inşaat materiallarının istehsalı ilə məşğul olan AAC LLC şirkəti AtaBank-a borclu olduğu 60 mln. manatı (76,5 mln. dollar) qaytarıb və dərhal yenidən dollarla bir qədər böyük məbləğ götürüb. AtaBank-ın sahibləri, ən azından 2014-cü ilin sonlarına Kamilov və Azərbaycan prezidentinin oğlu Heydərin şirkəti idi. Devalvasiyadan dərhal sonra saziş AAC-yə 20 mln. manata yaxın (19,3 mln. dollar) gəlir gətirib. Öz növbəsində, AtaBank bu sxem hesabına 61 mln. manat qazanıb, OCCRP belə iddia edir.

OCCRP 2015-ci ilin yekunlarına görə daha bir bankın – Pasha Bankın maliyyə nəticələrini göstərir. Bu bank Azərbaycan prezidentinin həyat yoldaşı Mehriban Əliyeva tərəfindən təsis edilib, indi onun benefisiarları prezidentin qızları Arzu və Leyladır. 2015-ci ildə bankın valyuta əməliyyatlarından və məzənnə fərqlərindən gəliri 35,9 mln. manat (təxminən 28 mln. dollar) – bir il əvvəlki göstəricilərdən altı dəfə çox təşkil edib. Amma bank konkret tranzaksiyalar haqqında hesabat verməyib, buna görə onun bu gəliri hansı şəraitdə əldə etdiyini demək çətindir.

OCCRP qeyd edir ki, Azərbaycanın bütün bank sektoru devalvasiya və bir neçə ay sonra manatın üzən məzənnəsinə keçid nəticəsində “bir milyard dollardan çox” itirib.

İlham Əliyevin ailəsi aprelin əvvəllərindən artıq jurnalist araşdırmalarının fiqurantına çevrilib. Əllərinə Panamanın Mossack Fonseca hüquq şirkətinin sənədləri keçən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (İCİJ) jurnalistləri bildiriblər ki, Əliyevin qızları Arzu və Leyla altı qızılçıxarma müəssisəsindən ibarət konsorsiumun 56%-nə nəzarət edir. Bu zaman 2006-cı ildə Azərbaycan hakimiyyəti məxfi saziş imzalayıblar, ona əsasən prezidentin qızlarına məxsus şirkətlərin gəlirinin 70%-i onların özlərinə və cəmi 30%-i dövlətə çatıb.

(contact)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button