2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Hakim Cahangir Hacıyevin vəkilinə xəbərdarlıq etdi

“Beynəlxalq Bank”ın rəhbəri Cahangir Hacıyevin vəkili Aqil Layıcov hakim Əfqan Hacıyev tərəfindən xəbərdarlıq edilib. Bizimyol.info xəbər verir ki, buna səbəb dünən keçirilən prosesdə vəkillə hakim arasında yaranan mübahisə səbəb olub. Belə ki, təqsirləndirilən Anar Sultanovun dindirilməsi zamanı hakim vəkillərin bir neçə sualını çıxarıb. Əfqan Hacıyev bildirib ki, Anar Sultanov ekspert kimi dindirilmir, təqsirləndirilən şəxsdir, ona ünvanlanan suallar isə ekspertin mövqe bildirəcəyi məsələlərdir. Bu səbəbdən də sualları çıxarıb. Vəkil Aqil Layıcov isə bildirib ki, verdikləri suallar ittihamın mahiyyəti ilə bağlıdır. O həmçinin qeyd edib ki, eyni tip sualları prokuror verən zaman hakim heç bir irad vermir. “O zaman məni çıxarın prosesdən, Cahangir müəllim də məndən imtina etsin, gətirin yerimə bir “paykovoy” vəkil əyləşdirin, belə olmaz axı” – deyə Aqil Layıcov hakimə cavab verib. Bu mübahisənin nəticəsi olaraq, hakim vəkilə xəbərdarlıq elan edib və protokola qeyd edilməsini istəyib.
Vəkil Aqil Layıcov Bizimyol.info saytına açıqlamasında deyib ki, ona edilən xəbərdarlığın heç bir hüquqi əsası yoxdur. “Sual vermək vəkil kimi mənim hüququmdir. Halbuki hakim mənim sualımı sonadək eşitməmiş sözümü kəsir və sualın çıxarıldığını bildirir. Bu, o deməkdir ki, hakim işə birtərəfli yanaşır və ittihama daha yaxındır. Biz onsuz da məhkəmədən başqa bir şey gözləmirik. Sadəcə hansısa məqamlarda, ən azından publika xətrinə nəyisə demək üçün burada varıq. Onsuz da vəkilin olub-olmamasının onun hüquqlarının həyata keçirilməsi üçün əhəmiyyəti yoxdur. Ona görə də çox güman kimi irəli sürülmüş ittiham üzrə hökm də əvvəlcədən hazırdır” – deyə vəkil bildirib.
Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button