AZ24SAAT.ORG

Now Reading:
Hakim: “Pullar bəlkə Arif Alışanovun babasından qalıb?!

Hakim Arif Alışanovun 5-6 milyonluq əmlak almasını araşdırmağın məhkəmənin işi olmadığını bildirib!

24saat.org saytı xəbər verir ki, bu gün (14.03.2018) Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab ŞirinovAqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosestə cavabdeh Ş.Əkbərovun vəkili məhkəmə heyətinə etiraz verib – az24.org saytı bu barədə məlumat verib. Alışanovun vəkilləri və prokuror etirazın əsassız olduğunu deyərək, qəbul edilməməsini istəyiblər. Bundan sonra məhkəmə etirazla bağlı müşavirəyə çıxıb. Qərara əsasən etiraz əsassız hesab edildiyi üçün baxılmamış saxlanılıb.

Daha sonra cavabdeh Ş.Əkbərovun vəkili alqı-satqılarla bağlı 2013-2017 ci illər üçün Şamaxı notariatına sorğu verilməsi barədə vəsatət verib.

Məhkəmə hazırkı mərhələdə bu vəsatətin də təmin edilməsinə ehtiyac görməyib.

Bundan sonra cavabdeh tərəfindən qaldırılan digər vəsatət Arif Aslanovun və digərlərinin aylıq əməkhaqqı ilə bağlı maliyyə arayışı alınması barədə olub. Vəkil bildirib ki, dövlət məmuru 5-6 milyonluq əmlak alırsa bu pulu necə qazandığına aydınlıq gətirməlidir. 

Alışanovun vəkilləri vəsatətə etiraz edib. Onlar bildiriblər ki, Arif Alışanov dövlət məmuru deyil, QSC sədridir.
Daha sonra Hakim Əfqan Hacıyev bildirib ki, cavabdeh tərəfin bu vəsatəti də təmin edilməyib. O bildirib ki, bu Alışanovun şəxsi işidir və bunu araşdırmaq məhkəmə işinin predmeti deyil, bəlkə babasından qalıb.
Xatırladaq ki,  prosesin əvvəlində cavabdeh tərəfin vəkilləri məhkəmə heyətinə etiraz edən zaman hakimlərin Arif Alışanovla dost olduğunu iddia etmişdilər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.