2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hakim vəkildən kollegiyaya şikayət edib

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib. Hakim şikayətini vəkilin məhkəmə prosesini uzatmağa çalışması ilə əsaslandırıb.

Bu haqda vəkilin özü məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkilin bildirdiyinə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdən birində məhkəmə heyətindən çıxışa hazırlaşmaqdan ötrü, qanunvericiliyin on verdiyi hüquqlardan istifadə edərək 1 həftə vaxt istəyib.

Buna da bax:​ Vəkil: ‘Hakim mikrofonu bağladı…’ [yenilənib]

“Hakim mənə əvvəlcə 30 saat vaxt verdiyini elan etdi. Ancaq 30 dəqiqədən sonra məhkəməyə qayıtdı və dərhal çıxış etməyimi tələb etdi. Mən yenidən hazır olmadığımı bildirdikdə 1 həftə vaxt verdi. Eyni zamanda guya məhkəməni uzatmağıma görə, Vəkillər Kollegiyasına şikayət edib”, – vəkil bildirib.

Vəkil əsasən siyasi məzmunlu işlərlə tanındığını vurğulayaraq, ondan şikayət edilməsini təsadüfü saymayıb. O, hüquqlarının qorunmasından ötrü gərəkli addımları atacağını da əlavə edib.

Hakim Rəşid Hüseynov əvvəllər REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovun vəkillikdən kənarlaşdırılan müdafiəçilərindən Xalid Bağırovdan da şikayətçi olub.

Buna da bax: Amnesty International: ‘Vəkilə basqılar araşdırılmalıdır’

Hakimlərin Vəkillər Kollegiyasına bu tip müraciətləri isə adətən vəkillərin cəzalandırılması ilə nəticələnir. Belə müraciətlərə görə, vəkil rəsmi xəbərdar oluna, habelə vəkillikdən kənarlaşdırıla bilər.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili – Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button