Now Reading:
Hakimiyyət kəndlidən nə istəyir?

Vahid Məhərrəmov

Çox təəssüflər olsun ki, Azərbaycanda aqrar siyasəti öz merkantil maraqlarını daha üstün tutan korrupsionerlər müəyyən edir və sahəyə rəhbərliyi də onlar həyata keçirir.

Azərbaycan coğrafi baxımdan çox uğurlu bir məkanda yerləşir. Böyük Qafqaz sıra dağları şimaldan gələn kəskin soyuq hava kütləsinin, Kiçik Qafqaz sıra dağları isə ölkə ərazisinə cənubdan gələn şiddətli isti havanın qarşısını alır. Digər tərəfdən də Xəzər dənizinin mövcudluğu havanın nisbətən mülayim keçməsinə şərait yaradır. Yer kürəsində mövcud olan 11 əsas iqlim tipinin 9-na Azərbaycan Respublikasının ərazisində rast gəlinir. İqlim tiplərinin təsiri altında fərqli torpaq örtüyü formalaşmışdır ki, bu da Azərbaycanda çoxlu sayda bitkiçilik məhsullarının istehsalını, kənd təsərrüfatının inkişafını və şaxələndirilməsini şərtləndirir.
Ancaq bir sıra problemlər var ki, bu sahənin inkişafına manelər yaradır. Bunlar: xırda təsərrüfatlara bölünmüş, sərhədsiz kiçik torpaq sahələri, köhnəlmiş, yarasız hala düşmüş və bir çox hallarda çatışmayan avadanlıq, primitiv texnologiya, üzvi və mineral gübrələrdən məhdud istifadə, gübrələrin əldə olunmasında yaranan süni problemlər, torpaqların deqradasiyaya məruz qalması, disfunksional irriqasiya sistemləri, kənd təsərrüfatı dəstəyi üçün maliyyələşmə və kredit proqramlarına çıxısın olmaması, keyfiyyətli professional kadr, peşəkar, mütəxəssis çatışmazlığı, elmi texniki potensialın zəif olması və sairdir. Hökumət məmurları bu kimi problemləri həll etmək əvəzinə, pay torpağı almış kəndlilərə hədə-qorxu gələrək səmərəsiz fəaliyyətlə məşğul olmağa təhrik edirlər. Məqsəd də odur ki, kəndlilər pay torpaqlarından imtina etsin və nəticədə həmin sahələri məmur-oliqarxlar öz əllərinə keçirsinlər. Hökumət məmurları bu çirkin istəklərini reallaşdırmaq üçün bütün inzibati üsullardan istifadə edirlər. Kəndlilər isə mülkiyyətlərində olan torpaqlardan imtina etməməlidir, onlar hakimiyyətdən dövlət məmurlarının kənd təsərrüfatında yaratdığı problemləri həll etməsini tələb etməlidirlər.
azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.