Now Reading:
“Hakimiyyət ölkəni uçuruma sürüklәdiyini nәhayәt dәrk etməlidir”

“Hakimiyyət ölkəni uçuruma sürüklәdiyini nәhayәt dәrk etməlidir”

Milli Şura Qobustan həbsxanasında siyasi məhbuslardan biri Abbas Hüseynin ölümlə təhdid olunması və Biləsuvarda “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin həbs edilməsini pisləyən bəyanat verib. Bəyanatda deyilir:

Azәrbaycan hakimiyyәti özünün ifşa edilmiş 3 milyard dollarlıq oğurluq faktına görә dünyanın gündәmindә olduğu indiki vaxtda da daxildә tәnqidçilәrinә qarşı repressiyanı davam etdirmәkdәn çәkinmir.

Sentyabrın 13-dә siyasi mәhbuslardan biri, Müsәlman Birliyi Hәrәkatının fәalı Abbas Hüseyn yaxınları vasitәsilә ictimaiyyәtә xәbәr çatdırıb ki, onu saxlandığı Qobustan qapalı hәbsxanasında ölümlә tәhdid edirlәr. A.Hüseyn hәbsxanada bundan әvvәl dә çox ağır işgәncәyә mәruz qalıb. Hәmin işgәncә faktı onun vәkili Yalçın İmanov vasitәsilә ictimailәşmişdi. Vә yeri gәlmişkәn, Penitensiar Xidmәt Y.İmanov barәsindә tәdbir görülmәsi üçün Vәkillәr Kollegiyasına şikayәt edib. Guya Y.İmanov açıqlamalarında Penitensiar Xidmәtә qara yaxıb. Lakin aydındır ki, hakimiyyәt bu yolla A.Hüseynә hәbsxanada verilmiş dәhşәtli işgәncәlәri ictimailәşdirәn vәkili cәzalandırmaq istәyir vә burada Penitensiar Xidmәt dә, Vәkillәr Kollegiyası da sadәcә vasitәdir. Siyasi mәhbuslara qarşı qәddar münasibәt dә, hәbsxana vә saxlanma yerlәrindә işgәncәlәrin verilmәsi dә, müstәqil vә mәhkәmә-hüquq sistemini ifşa edәn vәkillәrin Kollegiyadan çıxarılmaqla peşә fәaliyyәtini mәhdudlaşdırmaq da şəxsən dövlət başçısı İlham Əliyev və Prezident Administrasiyasından diqtә olunan idarәçiliyin fәsadlarıdır. Konkret halda Abbas Hüseynin ölümlә tәhdid olunması vә onun vәkili Yalçın İmanovu cәzalandırmaq istәyi dә eyni idarәçilik mәntiqindәn doğur.

Bunlarla yanaşı Azәrbaycan hakimiyyәti ölkәdә siyasi mәhbusların sayını bugünlәrdә daha bir nәfәr artırdı. Bu, Bilәsuvarda hәbs edilәn jurnalist, Azadlıq qәzetinin bölgә müxbiri Ziya Әsәdlidir. Rayon mәhkәmәsi sentyabrın 5-dә onun 3 il müddәtinә azadlıqdan mәhrum edilmәsinә hökm verib. Z.Әsәdli azad sözün tәmsilçilәrindәn biridir vә xüsusәn dә bölgәdәki mәmur özbaşınalıqları, korrupsiya halları barәdә çıxışlar edib. O, hәm dә ölkә hәqiqәtlәrini televiziya mәkanında yayan yeganә kanal – Turan TV ilә әmәkdaşlıq edirdi vә hәbsindә şübhәsiz ki, bu fәaliyyәti dә rol oynayıb. Onu әnәnәvi olaraq etdiklәri kimi, törәtmәdiyi başqa bir cinayәtdә şәrlәyәrәk hәbsә atıblar.

Milli Şura hakimiyyәtin bu son repressiv әmәllәrini qәtiyyәtlә pislәyir vә Abbas Hüseynә, elәcә dә başqa mәhbuslara qarşı tәhdidlәri dayandırmağı, vәkil Yalçın İmanovla bağlı tәxribatçı plandan daşınmağı, Ziya Әsәdlini vә başqa siyasi mәhbusları azad etmәyi tәlәb edir. Milli Şura hakimiyyәti çağırır ki, yürütdüyü bu zorakı siyasәtin hәm ölkәni vә xalqımızı, hәm dә onun özünü qaranlıq uçuruma sürüklәdiyini nәhayәt dәrk etsin. Hakimiyyәt nәhayәt anlamalıdır ki, haqsız vә qanunsuz hәbslәr, cәzalandırmalar, tәhdid vә tәqiblәr onun yarıtmaz idarәçilikdәn qaynaqlanan labüd çöküşünü durdura bilmәyәcәk.

Milli Şura Azәrbaycan xalqını hakimiyyәtin haqsız vә qanunsuz әmәllәrinә, o sıradan burada sadalanan konkret hadisәlәrә daha ucadan etiraz etmәyә, ölkәdә haqq-әdalәtin bәrqərar olması üçün daha kütlәvi vә qәtiyyәtli mübarizә әzmi göstәrmәyә sәslәyir.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.