Now Reading:
Hakimiyyət seçkilərə siyasi məhbusları azad etmədən getmək istəyir – İDDİA

Deputat Siyavuş Novruzovun Milli Məclisin fevralın 1-də keçirilən iclasında amnistiya elan edilməsi ilə bağlı təklifi həmib vaxt böyük rezonansa səbəb olmadı. Ötən gün isə deputatın həmin təklifi “Siyavuş Novruzov siyasi məhbusları azad etməyə çağırdı” başlığı altında geniş tirajlandı.

24saat.org xatırladır ki, S.Novruzov sözügedən iclasda Heydər Əliyevin 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib.

Deputat qeyd edib ki, cənab prezident İlham Əliyev bunu öz üzərinə götürsün və Milli Məclis bu haqda qanun layihəsi qəbul etsin. O amnistiyanın bir çox kateqoriyalardan olan şəxslərə o cümlədən, “beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab edilən şəxslərə” aid edilməsini təklif edib: “Xaricdə müxtəlif quruplar var ki, Azərbaycana insan hüquqları, siyasi məhbus bəhanəsi ilə təzyiqlər edirlər, böhtan atlırlar, sui-istifadə edirlər. Onların qarayraxmalarını kəsməkdən ötrü bu cür adamların hamısı ilə bağlı məsələyə birdəfəlik son qoyaq”.

S.Novruzov həmçinin qeyd etmişdi ki, müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, amnistiya onlara da tətbiq oluna bilər.
Spiker Oqtay Əsədov isə bildirib ki, amnistiya aktı maddələrlə üzrə olur və onun müxtəlif kateqoriyalar üzrə şəxslərin azadlığa buraxılması prezidentin əfv sərəncamı ilə mümkündür.

Ötən gün bununla bağlı mövzu işləyən modern.az saytı Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevi danışdırıb. O bildirib ki, Novruz bayramı ərəfəsində ölkə prezidenti tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir, amnistiya aktının qəbul olunması ilə bağlı məsələ birbaşa parlamentin qərarından asılıdır: “Bildiyim qədərilə parlament də bu təklifi irəli sürüb. Hər halda möhtəşəm tədbirlərlə əlaqədar amnistiya aktının qəbul ediləcəyi istisna edilmir”.

Əfv Məsələləri Komissiyasının digər üzvü Rəşad Məcid isə bildirib ki, əfv sərəncamının verilməsi maya qədər uzana bilər: “Çünki müraciətlər çoxdur və hələ də gəlməkdə davam edir. Buna görə işlərin marta qədər yekunlaşacağı dəqiqləşməyib. Amma təbii ki, qərar prezident İlham Əliyevdən asılıdır”.

R. Məcid eyni zamanda qeyd edib ki, amnistiyanın aktının qəbul olunması parlamentin qərarından asılı olacaq: “Əgər belə bir təşəbbüs irəli sürülübsə, bizə də bu təşəbbüsdən irəli gələn məsələləri icra etmək düşür”.
Xatırladaq ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası yanvarın 30-da, ikinci iclası fevralın 2-də, 3-cü iclası fevralın 8-də keçirilib.

24saat.org saytının əldə etdiyi məlumata görə, Siyavuş Novruzovun demədiyi, daha doğrusu tam fərqli şəkildə dilə gətirdiyi amnistiya məsələsinin Siyasi Məhbusların əfvi şəklində yenidən yayılması heç də təsadüfi olmayıb. Verilən məlumatda iddia olunur ki, əslində məsələnin yenidən qabardılmasında əsas məqsəd amnistiya deyil, əfv məsələsinin növbədənkənar prezident seçkilərinədək çatdırılmayacağı, bu işin maya qədər uzana biləcəyini beynəlxalq qurumlara anons etmək olur. Bununla da hakimiyyət seçkilərə siyasi məhbusları azad etmədən, beynəlxalq təşkilatlara isə qeyri-rəsmi vəd verərək getmiş olacaq.

24saat.org saytının əldə etdiyi məlumatda o da bildirilir ki, hakimiyyətinin son istəyi ümumiyyətlə heç bir siyasi məhbusu azad etməməkdir.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.