Now Reading:
Hakimiyyət yalançı rəqəmlərlə inkişaf görüntüsü yaratmaqdan əl çəkmir

Məhəmməd Talıblı

Ötən illə bağlı rəsmi hesabatda bir neçə maraqlı məqamlar diqqətimi cəlb etdi. Məşğulluq üzərində dayanaq. Belə ki, 2017-ci ildə 221 min yeni iş yerləri açılıb ki, bunun da 177 mini daimi iş yerləri hesab olunur. Bunu bir rəqəm olaraq dəyərləndirməyək. İqtisadiyyat da qarşılıqlı təsir prinsipləri baxımından yanaşsaq, onda 2 makroiqtisadi göstəricilər arasında əlaqəni təhlil etməliyik.

Birinci. Belə qəbul edilə bilər ki, ölkədə əmək qabiliyyətli əhalinin (5 mln. nəfər) 4,2 faizi (221 min) yalnız bir ildə özlərinə iş tapa bilib. Bu zaman fiskal qurumların yığımlarında 2 istiqamətdə artımları baş verməli idi. Birincisi, sahibkarların əldə etdikləri gəlirlərdən büdcəyə ödəməli olduqları vəsaitlər artmalı idi. Digər tərəfdən işlə təmin olunan vətəndaşlarımız daha çox gəlir və sosial vergilərdə payı yüksələn xətt üzrə davam etməli idi. Bu amillər isə dövlət büdcəsinin gəlir diapazonunda özünü göstərməli idi. Dövlət büdcəsinə bu istiqamətdə daxilolmalar proqnozdan artıq olmaması onu deməyə əsas verir ki, bu vəsaitlər kölgə iqtisadiyyatının genişlənməsinə xidmət edib!

İkinci. Nəzəri aspektdən yanaşsaq, iqtisadi siyasətin 3 əsas məqsədləri olur: davamlı inkişafa nail olmaq, tam məşğulluğun davamlı olaraq təmin edilməsi və gəlir bölgüsündəki tarazlıq. Demək, məşğulluqla yanaşı iqtisadi artımın da olması vacibdir. Eyni zamanda məşğulluğun iqtisadi artıma da təsir kanalı mövcuddur. ABŞ iqtisadçısı Oukun qanunu göstərir ki, işsizliklə iqtisadi artım arasına qarşılıqlı əlaqə mövcuddur. Ouken sübut edir ki, 2,5 faizlik iqtisadi artım işsizliyi cəmi 1 faiz azala bilir. Azərbaycanda ötən il iqtisadi artımının demək olar ki, olmadığı şəraitdə məşğulluq iqtisadi artımı nə qədər genişləndirə bilib? Bu haqda düşünmək lazımdır.
azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.