Loading...
Loading...
24 saat

Hakimiyyətin mitinq təlaşı

Nəsimi Məmmədli

Fəal müşahidəsi olan ən sadə insanlar da təsdiq edər ki son vaxtlar hakimiyyət dairələrində çox ciddi narahatlıq var. Bunu hətta orta və yuxarı məmur təbəqəsinin davranışlarında da çox açıq görmək olur. Narahatlığın getdikcə təşvişə çevrilməsi halları da hansısa ciddi səbəblərin və əsasların olduğundan xəbər verir.
Ölkədəki real durumu dəqiq bilən hökumət nümayəndələri dövlətin necə sürətlə tənəzzülə getdiyini kənardakılardan daha yaxşı görür və anlayırlar. Cəmiyyətdə ən kiçik tərpəniş belə hökuməti böyük təlaşa salır və bunu kənardan görməmək mümkün deyil.
Ölkədə işsizlik, yoxsulluq, hüquqsuzluq, bahaçılıq və korrupsiya elə sürətlə artır ki, artıq bu problemlərin siyasi dalğası çox da uzaqda deyil. Hakimiyyətə qarşı cəmiyyətdə etimadsızlıq da durmadan yüksəlir. Xalqın mütləq əksəriyyəti iqtidarın mahiyyətini tam anlayır və hələlik gizlində olsa da onu ifadə edir. 
Şübhəsiz ki hökumət də hesablayır ki, mitinqlər vasitəsilə bu neqativlərin ardıcıl dilə gətirilməsi xalqın öz problemlərinin dinc yollarla həllinə səfərbər olunması ilə nəticələnəcək. Odur ki bütün inzibati resursları ilə mitinqlərin davamlı və kütləvi olmasını əngəlləməyə çalışır. İqtidar nə köklü islahatlara gedə bilir, nə də öncəki idarəetməni olduğu kimi saxlaya bilir.

Hətta iş o yerə çatıb ki sadə vətəndaşları aylarla qəbul etməyən yerli icra hakimiyyətləri başçıları mitinqdə iştirak edən şəxslərin qohum-əqrəbasını şəxsən bir-bir dəvət edir və mitinqlərdə iştirakdan çəkindirməyə çalışırlar. Hüquq-mühafizə orqanları ilə yanaşı yerli icra strukturlarının da son günlər yuxusu əə çəkilb. Gün ərzində bir neçə dəfə administrasiyaya profilaktik tədbirlərlə bağlı hesabat verdikləri söylənir. Mərkəzi və yerli hakimiyyət orqanlarının davranışları olduqca düşündürücüdür. Sanki ölkədə fövqəladə olaylar baş verir və ya vermək ərəfəsindədir. Hətta, aşağı ranqlı yerli məmurlar da yuxarı orqanların bu təlaşını təəccüblə müzakirə edirlər.

Ölkə prezidentinin Avropa İttifaqının nümayəndələri ilə görüşdə mitinqdə iştirak edənlərin tərkibi ilə bağlı səsləndirdiyi fikirlər və qiymətləndirmədən göründü ki, o, özü də mitinqləri izləyir. Məhz hökumət qurumlarının mitinqdə iştirak edənlərə total basqısının bir səbəbi də mitinqin yaratdığı müzakirə mühitinin getdikcə böyüməsi ilə əlaqədardır. Mitinq mövzusu əhali arasında gündəmi müxalifətin inhisarına verib. Bu halın davam etməsi hökumətin daxilində də münasibətlərə təsirsiz ötüşmür.

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button