2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Hakimiyyət aksiya alovunu söndürəcək”

Əli Əliyev: “Yaxın gələcəkdə müxalifətin dayaqları daha da möhkəmlənəcək”

VİP sədri Əli Əliyev 24saat.org-a açıqlamasında müxalifətin sentyabr ayında keçirdiyi aksiyaları, eləcə də aksiyaların perspektivi ilə bağlı fikirlərini dilə gətirib. Partiya sədrinin sözlərinə görə, hakimiyyət aksiyaların genişlənməsini, xalqın bu aksiyalara dəstək verməsini önləmək üçün yaxın gələcəkdə konkret addımlar atacaq:
“Öncə onu qeyd edim ki, cəmiyyətin bu aksiyalara geniş mənada dəstək verməməsinin bir neçə səbəbi mövcuddur. Bu səbəblər sırasına maarifçilik, cəmiyyətlə kommunukasiyanın zəif olması, müxalifət qüvvələrinin televiziya imkanından məhrum olması və s. daxildir. Bütün bu amillər aksiyalara daha çox insanın qatılmasına imkan vermir.
Hesab edirəm ki, hakimiyyət bu aksiyaların qarşısını almaq, bura daha geniş kütlələrin dəstək verməsini önləmək üçün müəyyən addımlar atacaq. Artıq 17 sentyabr mitinqindən sonra bir sıra insanlar saxlanıldı. Fikrimcə, bu, cəmiyyətə bir mesaj idi. Bu, aksiyaların qarşısının alınacağı mesajı idi. Düşünüəm ki, hakimiyyət cəmiyyətin bu aksiyalara dəstək verməsini əngəlləmək üçün nəsə törədib bəlli bir mərhələ üçün aksiya alovunu söndürəcək. Lakin mövcud sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, söyləmək olar ki, yaxın gələcəkdə müxalifətin dayaqları möhkəmlənəcək”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button