2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

“Hakimiyyət beynәlxalq alәmi satın ala bilmәdi”

AXCP sədri ATƏT Müşahidə Missiyasının prezident seçkilərinə obyektiv qiymət verməsini tam əsaslı hesab etdiyi haqqında fikirlərini özünün fb səhifəsində bölüşüb.

“ATƏT prezident seçkilərinə obyektiv qiymət verdi. 11 aprel seçkilərində İlham Əliyevin rəqabətsiz mühitdə, saxtakarlıqla prezident vəzifəsini ələ keçirdiyini bu mötəbər hesabat birmənalı şəkildə təsdiq edir. Çoxunuz “ATƏT nə deyəcək?” deyə sual edirdiniz. Buyurun, ATƏT-in hesabatından əsas tezisləri sizə təqdim edirəm (tam mətn şərh bölümündə).
ATƏT saxta seçkini yerdən –yerə vurdu. Saxtakarlar panika içindədir. İndi isə söz millətindir. 14 apreldə mitinqə gəlin, saxtakarlığa birlikdə etiraz edək!
ATƏT-in hesabatından:
– Plüralizmin, o cümlədən mediada olmadığı şəraitdə, bu seçkilərdə həqiqi rəqabət olmamışdır
– Prezident seçkiləri məhdudlaşdırıcı siyasi mühitdə və həqiqi demokratik seçkilərin keçirilməsi üçün ilkin tələb hesab edilən əsas hüquqlar və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə baş vermişdir.
– Bəzi müxalifət partiyaları seçkinin rəqabətsiz mühitdə keçirildiyini əsas tutaraq və vətəndaşların ictimai həyatda iştirakı ilə əlaqədar məhdudiyyətlərin olduğunu göstərərək, seçkini boykot etmişlər.
– müxalifət partiyaları seçkini boykot etmək haqqında verdiyi qərarın səbəblərindən biri kimi seçki administrasiyasına olan inamsızlığı qeyd etdilər.
– Digər namizədlər vəzifədə olan prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər.
– Vəzifədə olan prezidentin kampaniyası ilə onun rəsmi fəaliyyətləri arasında heç bir fərq qoyulmamışdır.
– Ümumiyyətlə kampaniya məhdud ictimai maraq və iştiraka səbəb olmuşdur.
– Prezident özü təşviqat kampaniyası aparmamış… Digər namizədlərdən heç biri hazırkı prezidentə və ya onun siyasətlərinə qarşı çıxış etməmiş və ya fərqli siyasi alternativ irəli sürməmişdilər.
– Qadağanedici siyasi mühit nəticədə və şəraitində namizədlərin heç biri vəzifədə olan prezidentə qarşı açıq müxalif mövqe sərgiləməmiş və onu tənqid etməmiş və bununla da bu seçkidə həqiqi rəqabət olmamışdır.
– Dövlət sektorunda çalışan əməkdaşların və universitet tələbələrinin YAP-ın təşviqat tədbirlərində iştirak etməyə məcbur edildiyi hallar və iştirak edən şəxslərin könüllü olaraq tərk etmələrinin qarşısının alındığı müşahidə edilmişdir.
– Mətbuat mühiti ifadə və söz azadlığına çətinliklər yaradan və vebsayt və sosial media məzmununa da şamil olunan son dərəcə məhdudlaşdırıcı hüquqi çərçivəsi ilə xarakterizə olunur.
– DTİHB SMM-in müşahidə apardığı bütün televiziya stansiyaları öz xəbər buraxılışlarının böyük hissəsini hakimiyyətə və onun fəaliyyətinə həsr etmişdir. Hökumətin siyasətlərini tənqidi təhlil edən yayım şirkəti və ya çap mediası olmadığı üçün səlahiyyətli orqanların fəaliyyəti ilə bağlı xəbərlərdə müxalif fikirlər olmamışdır.
– Seçki günü məntəqə seçki komissiyaları çox vaxt əsas prosedurlara əməl etməmiş, şəffaflığı təmin etməmiş və müşahidəçilərin işinə əngəl törətmişdir. Müşahidəçilər çox vaxt seçki qutusuna topa bülleten atılması, seçici siyahılarında olan bir sıra zahirən oxşar imzaların olması və qrup şəklində, başqasının yerinə səs vermə və təkrar səs vermə faktlarının olduğunu bildirmişlər.
– BSMM müşahidəçiləri müşahidə aparılmış səs sayılması proseslərinin yarıdan çoxunu əsasən müəyyən olunmuş prosedurlara açıq-aydın əməl olunmaması ilə yanaşı MnSK-ların rəqəmləri lazımi qaydada uzlaşdırmasına imkan verməyən məqsədyönlü saxtalaşdırmalar səbəbindən mənfi qiymətləndirmişdir
– Azərbaycanda və beynəlxalq insan hüquqları orqanlarından işləyən vətəndaş cəmiyyəti təşkilatlarına görə, çox sayda siyasi dustaq vardır.
– MSK iclaslarında heç bir müxalif və ya mübahisəli fikirlər səsləndirilməmişdir və üzvlərin əksəriyyəti heç bir müzakirədə iştirak etməmişdir. Bu müşahidə olunan iclaslar yalnız qərarları formal olaraq yekdil səs ilə təsdiq etməyə xidmət etmişdir
– Dövlət Statistika Komitəsinin 2017-ci ilə olan əhali haqqda məlumatları onu göstərir ki, səsvermə yaşında olan 7.1 milyondan çox insan var. Daimi seçici reyestrində isə ümumilikdə 5,192,063 seçici qeydiyyata alınıb.
– Bir partiyadan (AXCP) olan təşkilatçılar bildirmişdilər ki, hər etiraz aksiyasından əvvəl bir çox partiya üzvü sorğuya cəlb olunub və bəziləri polis tərəfindən saxlanıb. Daxili İşlər Nazirliyindən DTİHB SMM-ə bildirilmişdir ki, bu iddialar həqiqətə uyğun deyildir. Hər iki hal siyasi partiyaların sərbəst kampaniya apara bilməsi və eləcə də vətəndaşların siyasi fəaliyyətlə cəza qorxusu olmadan məşğul ola bilməsi ilə bağlı şübhələr oyatmışdır ki, bu da 1990-cı il ATƏT Kopenhagen Sənədinin 7.7- ci paraqrafına və Avropa İnsan Hüquqalrı Konvensiyasının 10 və 11-ci maddələrinə ziddir.
– jurnalistlər və bloqerlər öz peşəkar fəaliyyətlərinə aid olduğu görünməyən, lakin DTİHB SMM müsahibləri tərəfindən tənqidi jurnalistikadan qisas alma kimi qiymətləndirilən əsassız həbs və saxlanmalara məruz qalmışlar.
– Ölkəni əhatə edən 11 televiziya kanalı ölkədə siyasi məlumatların əsas mənbəyi olaraq qalır. Bu yayım şirkətlərinin sahiblik strukturları şəffaf deyildir. DTİHB SMM müsahibləri bütün özəl yayım şirkətlərinə birbaşa dövlət təsirinin olduğunu və vebsaytlar və sosial şəbəkələrin alternativ və tənqidi fikirlər üçün yeganə platformalar olduğunu iddia etmişdir. Lakin onlayn platformaların müstəqilliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qanunla əvvəlcədən məhkəmə qərarı olmadan məzmunlarını əsas tutaraq vebsaytları bloklamaq səlahiyyəti verildikdən sonra məhdudlaşdırılmışdır.
Bəli, əziz həmvətənlər, beynəlxalq aləmi satın ala bilmədilər. Bu hesabatla acı həqiqətlər üzlərinə deyildi. Biz də susmamalıyıq, meydanlarda olmalıyıq”!

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button