2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hakimiyyət bütün partiyalarla dialoqa hazırdır – Ədalət Vəliyev

Bakı/10.09.21 Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkənin siyasi partiyaları ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib.

Görüşdə 45 partiyanın rəhbəri iştirak edib, bu barədə Prezident Administrasiyasının rəsmi məlumatında deyilir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev qeyd edib ki, ötən ilin payızında qələbə ilə nəticələnən müharibədən və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra dövlətçilik tarixində yeni mərhələ başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüz və işğal siyasətinə son qoyulub.

Ölkədə cərəyan edən siyasi proseslər barədə danışan Vəliyev “Prezident İlham Əliyevin sistemli və çoxşaxəli inzibati-siyasi islahatlarının nəticəsində sağlam iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini” qeyd edib. 

Vəliyev həmçinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı siyasi partiyaların verdiyi təkliflərin müzakirə edildiyini bildirib.

O, qərargahı olmayan 22 siyasi partiyaya ofis ayrıldığını xatırladıb.

Vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyalar yerlə təmin olunub.

Uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınıb.

Siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar.

Vətən müharibəsi zamanı partiyalar milli həmrəylik nümayiş etdirib və bu, “bütün dünyaya Azərbaycan xalqının ümummilli məsələlərdə hər zaman birləşməyə hazır olduğunu göstərib”.

Vəliyevin sözlərinə görə, “iqtidar iqtidar hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazırdır”.

Partiya liderləri öz çıxışlarında ölkədə davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında siyasi dialoq mühitinin əhəmiyyətini qeyd ediblər. -06Â-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button