2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Hakimiyyət faktlar qarşısında aciz qalıb

3 milyardlıq ittihama qarşı 3 kəlmə söz tapa bilmirlər

Azərbaycan hakimiyyəti tez-tez dünyanın nüfuzlu nəşrlərinin əsas mövzusuna çevrilir. Birqayda olaraq hakimiyyətlə bağlı yazılar korrupsiyadan, repressiyalardan, çirkli əməkdaşlıqlardan ibarət olur. Yəni, YAP hakimiyyətinin mahiyyəti çılpaqlıqla ortaya qoyulur və bütün yazılanlar faktlara söykənir.

Saytların yığılması Saytlarin yigilmasi

Bugünlərdə hakim ailəylə bağlı daha bir yazı dərc olundu və gündəmin əsas müzaķirə mövzusuna çevrildi. Belə ki, dünyanın nüfuzlu nəşrlərindən sayılan  “Guardian” qəzeti hakim ailənin 3 milyardlıq korrupsiya sxemini açdı. Daha dəqiq desək, dərc olunan araşdırmada Azәrbaycanın hakim elitasının avropalılara pul ödәmәsindən, qeyri-şәffaf ingilis şirkәtlәri ilə çirkli pulları yumaq üçün 2,9 milyard dollarlıq bazarlığından söhbət açılır.

Təbii ki, bu araşdırma sosial şəbəkələrdə, müstəqil saytlarda da müzakirəyə çıxarıldı və hakimiyyətdən izahat tələb olundu.

Nəhayət, bir müddətdən sonra hakimiyyət dəhlizlərindən səslər gəlməyə başladı. Əvvəlcə prezident aparatının mətbuat xidmətindən məlumat verildi ki, nə prezidentin, nə də onun ailə üzvlərinin yazıda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur: “Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır. Biz bilirik ki, bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı olan və beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır” – deyə mətbuat xidmətinin açıqlamasında bildirilir.

Daha sonra prezidentin köməkçisi Əli Həsənov dilə gəldi və biıdirdi ki,  “dövriyyəyə buraxılmış son iddialar” qərəzlidir, əsassızdır, təxribat xarakterlidir.

Göründüyü kimi,  həm mətbuat xidmətinin açıqlaması, həm də Əli Həsənovun dedikləri “pis özünsən” stilindədir. Yəni, həmişəki kimi erməni lobbisinin ətəyindən yapışıblar, ənənəvi arqumentləri sipər ediblər.

Halbuki, məlum araşdırmada ortaya faktlar qoyulub, rəqəmlər səsləndirilib və.s

Əgər Azərbaycan hökiməti yazılanları şər-böhtan hesab edirsə,  ortaya faktlar qoymalı, bunun əksini sübut etməlidir. Hətta özlərinə bu qədər güvənirlərsə, məhkəməyə də müraciət edə bilərlər.

Amma təcrübə göstərir ki, hakimiyyət belə vəziyyətlərdə daxili auditoriyaya hesablanmış bəyanatlar verir, Qərbi lənətləməklə məşğul olur. Məsələ bundadır ki,  hakimiyyət belə məsələlərdə “ad çıxarıb” və cəmiyyət bu tipli araşdırmalara birmənalı şəkildə inanır. Çünki,  ölkəni zəbt etmiş, milyardlara sahib olmuş bir komandanın ölkə xaricində çirkli əməkdaşlıqlara imza atması təbii haldır. Unutmayaq ki, Azərbaycan hakimiyyəti ” kürü diplo matiyası”, Avropalı deputatlara rüşvət vermə, xarici banklar vasitəsilə pul yuma, offşorlarda pul gizlətmə mərhələsindən çoxdan keçib.

Bir sözlə,  hökumət bu dəfə də faktlar qarşısında əliboş qalıb və çirkli əməliyyatları gizlətmək mümkünsüzləşib.

Ümumiyyətlə, cəmiyyət hökumət tərəfdən gələn hər hansı etirazı qəbul etmir.  Tənəzzülü tərəqqi kimi təqdim edən hökumətin “mən məsumam” qışqırığı həqiqət kimi qəbul edilə biıməz.

Əgər ortaya heç bir fakt qoyulmursa,  deməli yazılanlar həqiqətdir. Haqlı olan adam yalandan hay-həşir salmaz, haqlı olduğuni faktların diliylə sübut edər. Amma bizim hökumətimiz pis əməllərə könül verdiyi üçün, yaxşı faktlara istinad edə bilmir.

Akif

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button