2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hakimiyyət Gülən əməliyyatına nə vaxt başlayır?

 

Azərbaycanda Fətullah Gülən tərəfdarları ilə bağlı cinayət işi başlanıb. Məlumatı Baş Prokurorluq yayıb. Bildirilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində müvafiq maddələrlə başlanan cinayət işi ilə bağlı istintaq tədbirləri görülür. Lakin qurum maddələr və görülən tədbirlər barədə açıqlama verməyib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bunu istintaq sirri adlandırıb.

Baş Prokurorluğun belə bir məlumat yaydığı vaxtda Azərbaycan müxalifətinin Fətullah Gülənlə əlaqələri barədə hakimiyyət mediasında əsassız iddialar yer alıb. Bu baxımdan ehtimal olunur ki, hakimiyyət rəsmi Ankaranın tələblərindən yararlanaraq rəqiblərini də “gülənçi” adı ilə sıradan çıxarmaq istəyir. Lakin bu ehtimal bir qədər inandırıcı görünmür. Çünki Ankaranın bu yalanı rahatlıqla həzm etməyəcəyi şübhəsizdir.

Saytların yığılması Saytlarin yigilmasi

Digər tərəfdən, Ankara Azərbaycanda “gülənçilər”in ünvanını dəqiq bilir. İzlər isə Azərbaycan hakimiyyətinə aparır. Hələ bir neçə il əvvəl baş verən nurçu qalmaqalında hakimiyyətin nəzarətində olan mətbuatda bəzi deputatların və məmurların Fətullah Gülənlə əlaqələrinə dair məlumatlar dərc olunurdu.

24saat.org saytını bilgiləndirən mənbə deyib ki, hazırda müxalifətə “gülənçi” ittihamı sadəcə diqqəti yayındırmaq daşıyır. Qaynağımızın iddiasına görə, “gülənçilər”ə qarşı əməliyyat referendumdan sonra başlaya bilər. Bu əməliyyatda bəzi məmurların ən yaxşı halda vəzifəsini itirəcəyi gözlənilir.

Amma Türkiyə hakimiyyətinin təkidilə onların həbs olunması da mümkündür.

24saat.org olaraq həmin məmurların siyahısını bəzi dəqiqləşdirmələr apardıqdan sonra təqdim edəcəyik.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button