2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hakimiyyət məişət zorakılığına qarşı mübarizəni sərtləşdirmək qərarına gəlib

Bakı/21.01.22 Parlamentə Cinayət və İnzibati Xətalar məcəllələrinə məişət zorakılığına görə cəzanın sərtləşdirilməsi haqqında düzəlişlər daxil olub.

Parlamentdəki mənbələrin məlumatına görə, düzəlişlərdə döymə və psixoloji təzyiqə görə azadlıqdan məhrumetmə müddətinin 2 ildən 4 ilə qədər artırılması nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə düzəlişlərdə iqtisadi hüquqların pozulmasına (əmlak gəlirindən məhrum etməyə, iqtisadi asılılıq yaratmağa) görə 300 manat cərimə və ya 60 saat islah işləri, yaxud 15 gün həbs nəzərdə tutulur.

Saytların yığılması Saytlarin yigilmasi

Yaxın gələcəkdə düzəlişlərin deputatların müzakirəsinə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, ölkə feministləri uzun müddətdir ki, məişət zorakılığına qarşı mübarizəni gücləndirmək tələbi ilə çıxış edirlər. Qadınlardan ibarət qruplar hakimiyyətin və polisin qadınların ərləri tərəfindən öldürülməsi və döyülməsi faktları ilə bağlı hərəkətsizliyinə etiraz əlaməti olaraq çoxsaylı aksiyalar keçiriblər. -02D-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button