2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Hakimiyyət medianı zəiflətməkdə davam edəcək”

Arif Əliyev: “Çünki media tənqidi münasibətin potensial mərkəzi və mənbəyidir” Artıq başa çatmaqda olan 2016-cı il media üçün o qədər də arzuedilən olaylarla yadda qalmadı. Əvvəlki illərdə olduğu kimi, maddi baxımdan ciddi problemlər yaşayan mediamıza, siyasi təzyiq və basqılar da kifayət qədər oldu ki, bu da bəzi qəzet və saytların bağlanmasına, onların onsuz da məhdud olan azadlığının daha da məhdudlaşmasına səbəb oldu.
Maraqlıdır, qarşıdan gələn 2017-ci il mediamıza nə vəd edir? Gələn illə bağlı optimist olmağa əsas varmı? 24saat.org-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev optimist olmağa əsas görmədiyini vurğuladı: “Media bu gün o qədər siyasi çərçivəyə salınıb ki, o qədər siyasi münasibətlərlə çulğalaşıb ki, hər hansı bir siyasi dəyişikliyin olmayacağı təqdirdə media sahəsində dəyişikliyin baş verməsini təsəvvür etmək mümkün deyil. Mən yaxın müddət üçün mediada baş verəcək müsbət dəyişikliklərlə bağlı hər hansı təzahür görmürəm. Əksinə, hesab edirəm ki, iqtisadi vəziyyət çətinləşdikcə, narazılığın artma potensialı gücləndikcə, hökumət mediaya nəzarətini də gücləndirməyə və medianı zəiflətməyə davam edəcək. Çünki istənilən halda media tənqidi münasibətin potensial mənbəyi, potensial mərkəzidir”.
Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button