2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hakimiyyət Qazaxıstana 250 milyon dollar “atıb”

beynel-bankQazaxıstan Milli Bankının rəhbəri Daniyar Akişev dövlət vəsaitinin problemli Azərbaycan Beynəlxalq Bankının qiymətli kağızlarına yatırılması ilə bağlı durumu şərh edib. Bu barədə Tengrinews.kz xəbər verir. Onun sözlərinə görə, Beynəlxalq Bankın qiymətli kağızlarının alınması barədə qərarı Qazaxstanın Vahid Təqaüd Yığım Fondu (VTYF) deyil, o zaman Milli Banka rəhbərlik edən şəxslər verib.
“2014-cü ilin oktyabrında əvvəlki sistemə uyğun olaraq Qazaxıstanın Vahid Təqaüd Yığım Fondunun vəsaitləri hesabına Azərbaycan Beynəlxalq Bankının 250 milyon dollar dəyərində qiymətli kağızı alınıb. Qiymətli kağızlar 10 illik 8,25 kupon faizlə əldə olunub. Qeyd edim ki, müqavilənin ayrıca detalları müəyyən suallar doğurur. Ona görə də, Milli Bank daxili araşdırmadan sonra Vahid Təqaüd Yığım Fondunun vəsaitlərinin Azərbaycan Beynəlxalq Bankının qiymətli kağızlarına yatırılmasına hüquqi qiymət almaq üçün müvafiq strukturlara müraciət etmək niyyətindədir”, deyə Akişev vurğulayıb.
Öz növbəsində “Ak Jol” parlament fraksiyası Azərbaycan Beynəlxalq Bankına investisiya qoyan şəxslərin məsuliyyətə cəlb edilməsini təklif edib.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button