2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hakimiyyət yenidən Əli Həsənov üçün müdafiə qurmalı olacaq

Xəbər verdiyimiz kimi Avropa İnsan Haqları Məhkəməsi (AİHM) az24saat.org saytının da şikayətçi olduğu  işi araşdırmağa başlayıb. Həmin şikayətin “24 saat”-a aid olan hissəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytımızda həmin ərəfədə prezidentin köməkçisi kimi fəaliyyət göstərən Əli Həsənov barədə yazılmış edilmiş 4 tənqidi yazının silinməsi tələbini yerinə yetirmədiyimiz üçün saytın Azərbaycan ərazisindən bloklanması araşdırılır.

  1. Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər
  2. Mətbuat Şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi
  3. İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR? – ANALİZ
  4. APA-nı kim, niyə bağladı?

Nəhayət 2019-cu ildə Əli Həsənov gözlənildiyi kimi  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra onun barəsində total şəkildə müxtəlif iddialar səslənməyə başlanıldı və qısa müddət ərzində onun siyasi hakimiyyət üçün arzuolunmaz şəxsə çevrildiyi ortaya çıxdı.

Bu həm də, Əli Həsənova qarşı cəbhə açan güclərin təntənəli qələbəsi idi.

Saytların yığılması Saytlarin yigilmasi

Fəqət bu günlərdə Avropa İnsan Haqları Məhkəməsi “24 saat”-ın şikayətini araşdırmağa qərar verməklə məntiqli izahı olmayan problem yaradıb. Yəni baxmayaraq ki, hazırda hakimiyyət Əli Həsənovu özünün arzuolunmaz şəxslər siyahısına salıb, lakin AİHM qarşısında Əli Həsənovu müdafiə etməyə məcburdur. Əlbəttə hakimiyyət Əli Həsənovu müdafiə etməkdən imtina edə bilər, amma bu dəfə də “24 saat”-a qarşı qərəzli və ədalətsiz olduğu etiraf etməli olacaq.

Başqa sözlə, dövlətin resurslarının bir zamanının “qüdrətlisi” Əli Həsənov üçün səfərbər edilməsi onun üçün işlədilməsi hazırda həmin dövlətin özünü dilemma qarşısında qoyub.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button