2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Hakimiyyətdə Azərbaycanı Rusiyanın quberniyası görmək istəyən məmurlar var”

Hafiz Hacıyev: “Qarabağın işğalında da onların iştirakı olub”

“Hakimiyyət daxilində Rusiyanın quberniyası olmağı arzulayan böyük məmur təbəqəsi var”.
Bunu 24saat.org-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Partiya sədrinin sğzlərinə görə, bu məmurlar uzun illər ərzində yığdıqları pulları təhlükəsiz şəraitdə yemək üçün Azərbaycanın Rusiyanın quberniyasına çevrilməsində maraqlıdır:
“Bu qəbildən olan məmurlar arasında Rusiyadan orden-medallar alan, onlarla axşama qədər bir yerdə yatıb-duran, onların dediklərini Azərbaycanda tətbiq edən insanlar var. Hökumətdəki “qocalar evi”ndə yer alan bu insanlar hakimiyyətdən getməlidir. Onlar Azərbaycanı onu görə Rusiyanın quberniyası kimi görmək istəyirlər ki, oğurladıqları pulları asta-asta, xımır-xımır yesinlər. Onlar Rusiyanı sığınacaq qismində görürlər. Hakimiyyət daxilindəki “beşonci kalon”un Qarabağın ermənilər tərəfindən işğalında da əli olub”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button