2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hakimiyyətin anti mitinq tədbirləri: iməcliklər, tədbirlər, nəqliyyatın məhdudlaşdırılması

Müxalifətin bu gün saat 15.00-da “Məhsul” stadionunda keçirəcəyi mitinqdə narazı elektoratın iştirakını minimuma endirmək üçün bir sıra tədbirlərin həyata keçirildiyi haqda xəbərlər var.

24saat.orga daxil olan xəbərə görə, belə tədbirlərdən biri də iməclik keçirilməsi ilə bağlıdır. Mənbə bildirib ki, dünən Səhiyyə Nazirliyinin xətti ilə bir sıra rayon xəstəxanalarına göstəriş verilib. Bu göstərişə əsasən bu gün əksər xəstəxanalarda iməclik keçiriləcək. Həkimlər, tibb bacıları və texniki işçilərin hamısının iməclikdə iştirak etməsinin vacibliyi ifadə edilib. Bundan başqa, digər xəbərlərə görə, az qala bütün universitet tələbələri saat 15:00 radələrində tədbirlərə dəvət olunub. Məqsəd tələbələrin aksiyada iştirakınınə minimuma endirməkdir. Son iki gündə isə rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişi məhdudlaşdırılıb. Hətta Sumqayıt şəhərində qeydiyyatda olan avtomobillərin Bakıya buraxılması məhdudlaşdırılıb. Bakı-Sumqayıt yolu 2 gün müvəqqəti bağlı olacaq. Müstəqil müşahidəçilər isə hesab edirlər ki, bütün bu tədbirlər əslində müxalifətin mitinqində daha çox insanın iştirak etməsinin qarşısını almağa yönəlib. Başqa sözlə, artıq hakimiyyət daha çox insanların aksiyalara qoşula biləcəyindən ehtiyatlanır.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button