2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hakimiyyətin dəyişməməsinin səbəbi

Şəmistan Həzi

– Müxalifət əməkdaşlıq etməlidirmi?
– Proses müsbətə doğru gedirmi?
– Getmirsə, nə etməli?
Açığı, bu mövzuda yazmağa tərəddüd edirdim, ona görə ki, mənim üçün bu dəqiqə çox lazımsız və ziyanlı mövzudur. Bu mövzuda müsbət-mənfi danışmaq “ANONS” effekti verir.
Ancaq, yazmaq lazımdır ki, insanların proseslə bağlı təsəvvürlərində pay sahibi olaq.
Əzizlərim, Azərbaycan müxalifəti bu günə qədər bir çox birliklərdə olublar. Seçkilərdə iştirak edib, hətta qalib də gəliblər. Nəticə isə nədir? Köklü nəticə yoxdur, eləmi?
Və ya müxalifətin birlikdə mitinqlər edib meydanlara 100 mindən çox adam çıxartdığı zamanlar olub, hansı ki, onda hakimiyyət heç bu qədər resurslara sahib də deyildi, nəticə nə oldu? Köklü nəticə oldumu?
Yəni, Azərbaycanda hakimiyyətin dəyişməməsinin səbəbi müxalifətin birləşməməsi və ya birləşib “parçalanması” deyil.
Bu gün Azərbaycanda çox repressiv şərait var, hakimiyyət bütün mübarizə üsullarının əndazələrini aşıb, siyasi arenada küçə davası gedir, birləşmək və ya birləşməmək nəyi dəyişir? Milli Şura mitinq təyin edir, 10 min insan gəlir, qoy digər təşkilatlarla birlikdə 20 min adam gəlsin. Nə olacaq? Heç nə.
Sözümün canı, mən birləşmədən, ayrı-ayrılıqda, mübarizə yox, rəqabət şəraitində müxalifətin təşkilatlanıb gücə çevriləcəyinə inanıram.
Hesab edirəm ki, müxalifət bu il növbədənkənar prezident seçkilərinə çox takılmadan, bütün gücünü bu oyuna qoymadan, bütün enerjisini bu seçkilərə sərf etmədən, necə var davam etməlidir. Təşkilatlanmalıdır. Güclənməlidir.
Yaxşı, bəs ortaya bir sual çıxır, müxalifət güclü olsa, hakimiyyət dəyişəcəkmi?
Fikrimcə, bunun təsiri olsa da, ciddi təsiri olmayacaq. Çünki elə öz praktikamızdan götürsək, müxalifətin çox güclü olduğu vaxtlarda da hökumət seçkiləri uduzmasına baxmayaraq, hakimiyyəti təhvil verməyib.
Və ya xarici praktika: hətta dünyanın ən nəhəng ölkələrində belə, ədalətli seçkilərə müdaxilə imkanları olur. Məsəl üçün, Türkiyədən Avropa Məhkəməsinə seçki saxtakarlığı ilə bağlı, on minlərlə şikayət getdi, Amerikada prezident seçkilərində Rusiyanın barmağı olduğu faktı ortaya çıxdı və hələ də orda bu işlə bağlı cinayət işi davam etdirilir, eyni zamanda, Çexiyada da seçkilərə Rusiyanın müdaxilə imkanları mübahisələndirildi. Başqa nümunələrə ehtiyac var?
Yaxşı, bəs vəziyyət bu qədər qəlizdirsə, çıxış yolu nədir?
Bilirsiniz, hüququn tam məhv edildiyi, insanların azad olmadığı, müstəqil məhkəmələrin sıradan çıxarıldığı ölkələrdə, idarəetmənin taleyini seçki müəyyənləşdirmir. Hətta, Bələdiyyə seçkiləri belə ədalətli keçirilmir.
Tək çarə, kütləvi dinc mitinqlərdir.
Meydanlarda 10-15 min adam olanda, demək olar ki, real statistika ilə götürsək, 3 min polisdən 5-nin qohumu meydanda olar.
Amma meydanlarda 10 min yox, 15 min yox, 500-600 min nəfər olsaq, orada olan hər polisin demək olar ki, iki-üç qohumu da meydanda olacaq və onlar heç kimə dəyənək qaldırmayacaqlar. İnsanları döyməyə gətirilən əsgərlər imtina edəcəklər ki, bizim də qohumlarımız ordadır, onlara dəyənək qaldıra bilmərik.
Yaxşı, bəs bu nə zaman baş verəcək?
İnsanlar yoxsulluğu ciblərində yox, süfrələrində hiss edəndə. Məsəl üçün, dünən mən 10 manat xərcləyirdim, bu gün 5 manat. Deyirəm əşşi, cəhənnəm, oturmuşam da yerimdə, mənə türməyə düşmək lazımdır? Bu dəqiqə belədir və insanlar hələ də dözür.
Amma vəziyyət getdikcə pisləşir, insanlar yoxsulluğu süfrəsində hiss etməyə başlayırlar. Az qalıb, zaman gələcək, dünən çörək ala bilənlər, bu gün ala bilməyəcəklər. Bax, onda milyonlar meydanda olacaq.
Sözümün canı, seçkini, filanı boş verin, proses bizi qələbəyə aparır.
azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button