2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hakimiyyətin növbəti 20 Yanvar rəzaləti VİDEO

İlham Əliyev Əli Kərimlini təklənmiş göstərmək üçün Şəhidlər Xiyabanında yenə xüsusi polis əməliyyatı həyat keçirtdi

20 Yanvar hadisəsinin ildönümü hər il olduğu kimi, yenə də Şəhidlər Xiyabanını kütləvi ziyarətlə qeyd olundu. Və ziyarət zamanı əraziyə xidmətə cəlb edilən polsilərin yersiz maneələr, əlavə problemlər yaratması kimi artıq bir neçə ildir müşahidə olunan hal yenə də təkrarlandı. Guya kütlənin hərəkətini tənzimləmək üçün qurulan baryerlər, polis kordonları əksinə, insanların lüzumsuz yerə incidilməsinə xidmət edib. Polislər hətta Xiyabana gedən prospekt tamamilə boş olduğu halda da insanların hərəkətinə saatlarla imkan verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Şura və AXCP rəhbərliyinin Şəhidləri ziyarətinə mane olmaq üçünsə xüsusi polis əməliyyatı həyata keçirilib. Ziyarətə Milli Şura və AXCP-nin minlərlə üzv və tərəfdarı ilə gəlməsi görünür, hakimiyyəti ciddi narahat edib. Bu üzdən də 2 saata yaxın keçmiş Əzizbəyov heykəlinin olduğu dairənin qarşısında önü kəsilərək, hərəkətinə imkan verilməyən izdiham sonradan polislərin zorakı müdaxiləsi ilə kiçik qruplara parçalanıb. Bütün görülən tədbirlər ona yönəlib ki, AXCP sədri Əli Kərimli 15-20 nəfərlik bir qrupla Xiyabana getmək məcburiyyətində qalsın. Buna görə də birinci polis kordonundan Əli Kərimli ilə yanaşı, yalnız o sayda insan buraxılıb. Hətta AXCP və Milli Şura rəhbərliyində olan şəxslərin də çoxu baryerin o tərəfində qalıblar. AXCP sədri və ətrafındakılar ikinci polis kordonunu keçərkən də bir neçə nəfər irəli buraxılmayıb.

AXCP sədri və MŞ rəhbərliyindəki şəxslər Xiyabana gedən yol boyu jurnalistlərin suallarına cavabda hakimiyyətin bu rəzil hərəkətini pisləyib, onun mahiyyətini açıqlayıb.

Əli Kərimli ziyarətini başa vurandan sonra yol boyu qurulan maneələr arrada qaldırılıb, qalan insanlar kütləvi şəkildə Xiyabana doğru buraxılıb.

Görüntünün olası içeriği: 35 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, kalabalık ve açık hava
Görüntünün olası içeriği: 18 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, kalabalık ve açık hava
Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve ayakta duran insanlar
Görüntünün olası içeriği: 7 kişi, ayakta duran insanlar, takım elbise ve açık hava
Görüntünün olası içeriği: 5 kişi, ayakta duran insanlar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button