2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Hakimiyyətin özbaşınalığının qarşısını millətin iradəsi ala bilər

Cəmil Həsənli 

Milli Şuranın 7 oktyabr mitinqinə çox az vaxt qalır. Sentyabrın 23-də Sizin izdihamınızı, Sizin coşqunuzu, Sizin istəyinizi nəzərə alaraq Mili Şura oktyabrın 7-nə mitinq təyin edib. Hədəflərimiz millətimizin haqqı və hüququdur. Hazırda Əliyevlərin ailə-klan hakimiyyətinə dünyanın hər yerindən sanksiya xəbərdarlığı gəlir. Lakin bu oğru rejimin taleyini millətin sanksiyası həll edəcək.. Sinəsi ilə vətəni qoruyan əsgərin, gecə gündüz səngərdə keşik çəkən zabitin büdcəsini oğurlayan, ölkənin sərvətləərini gizli yollarla ofşor şirkətlərə daşıyan, ərazisi işğal olunan ölkədə silah alverindən “otkat” alan bir hakimiyyət millətin sanksyası ilə qarşılaşmalıdır. İndi görürsünüz yaxın vaxtlarda orta məktəblərin, səhiyyənin pullu olacağının anonsunu verdilər. Yalnız iki il ərzində bir bank marşrutu ilə ölkədən 3 milyard vəsait çıxaranlar bu milləti pulsuz təhsil və səhiyyə xidmətindən məhrum etməyin anonsunu verir. Bu, xalqa, onun konstitusyon hüquqlarına meydan oxumaqdır. Bunun qarşısını yalnız sizlərin, millətin əzmi və iradəsi ala biliər. 7 oktyabrda Məhsul meydanında öz əzminizi və iradənizi ortaya qoyun.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button