2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hakimiyyətin pambıq planı çürük çıxıb

Hakimiyyətin pambıq siyasəti çürük çıxıb. Bu barədə AXCP Rəyasət Heyətinin üzvü, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov feysbukda məlumat paylaşıb.

Mütəxəssis yazır ki. bu il əkin sahələrində aparılan pambıq səpini fermerləri, kəndliləri pərişan edib. Belə ki, əkin və səpin işləri vaxtlı-vaxtında aparılsa da, toxum çıxış verməyib. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, toxum materialı keyfiyyətsiz olduğuna görə, on minlərlə hektar sahədə səpilən çiyid çürüyüb. Kəndlilər yenidən səpin işləri aparmaq məcburiyyətində qalıblar. Bu isə o deməkdir ki, fermerlər hər hektar sahə üçün əlavə 100 manat vəsait xərclənməli olacaqlar. Bu həm də o deməkdir ki, səpin müddəti əvvəlki ildə olduğu kimi, yenə də gecikəcək. Belə olan halda, 2017-ci ildə də bu sahədə məhsuldarlıq az, məhsulun maya dəyəri yüksək, pambığın keyfiyyəti isə aşağı olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

V.Məhərəmliyə görə, ümumilikdə fermerlərə dəyən zərər milyonlarla ölçülür.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button