Bizim tərcüməDünya

Halloween faciəsində 156 adam öldü! İstintaqın əsas adamı evdə ölü tapılıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Cənubi Koreyada Hellouin şənliyində 156 nəfərin ölümü ilə nəticələnən izdihamla bağlı istintaqda şübhəli bilinən polis məmuru evində ölü tapılıb.

Cənubi Koreyanın Yonhap agentliyinin xəbərinə görə, yerli vaxtla saat 12:45-də bir qohum polis məmurunun paytaxt Seuldakı evinə gedib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun qohumu soyadı Jeong olan məmurun cansız cəsədini tapıb.

Həmkarları bildiriblər ki, Jeong dünən onlara intihar edəcəyini bildirən mesajlar göndərib. Jeongun ölümü ilə bağlı istintaq başladılıb.

İzdihamdan sonra açılan istintaqda 55 yaşlı Jeong şübhəli olub.

Yerli kəşfiyyatın izdihamdan əvvəl Halloween dövründə ciddi bir qəzanın baş verə biləcəyinə dair bir hesabata sahib olduğu və Jeongun məsələ ilə bağlı tədbir görülmədiyini gizlətmək üçün bu hesabatın silinməsini əmr etdiyi iddia edildi.

Jeong vəzifə səlahiyyətlərindən sui-istifadə, sübutların məhv edilməsi və ölümcül peşəkar səhlənkarlıqda ittiham olunub.

i3

Seulun mərkəzindəki Itaewon rayonunda oktyabrın 29-da böyük izdiham qəflətən 4 metr enində olan küçəni doldurduğu zaman Hellouin bayramına təxminən 100.000 adam qatılıb.

İzdihamda 156 nəfər həyatını itirib, onlarla insan yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Koreya rəsmiləri həyatını itirənlərin əksəriyyətinin 20 yaşlarında, 22-nin isə xarici vətəndaşlar olduğunu açıqlayıb.

i2

Prezident Yoon Suk-yeol “ümummilli matəm” elan edib. Ölkədə minlərlə insan izdihamla əlaqədar hökumətə etiraz edərək, məsul şəxslərin istefasını tələb edib.

Bu hadisə, 2014-cü ildə məktəbə gedən orta məktəb şagirdlərini daşıyan bərənin batması nəticəsində 304 gəncin həyatını itirməsindən bəri Cənubi Koreyada ən ölümcül fəlakət olub. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button