Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Hamı bahalıqdan şikayət edir: İstirahət edən də, obyekt işlədən də

Lənkəran-Lerik yolunun bir tərəfində Lənkərançay axır. Lerik şəhərinə qədər həmin çayın üstündə irili-xırdalı onlarla xidmət obyektləri var. Onların arasında ailəvi istirahət yerləri, barlar, çayxanalar, təndirxanalar, mağazalar görünür. Hər addımda turistlərə rast gəlmək olur…

İstirahətə gələn ailələr daha çoxdur. Onlardan birinin, adının çəkilməsini istəməyən nisbətən yaşlı üzvünün sözlərinə görə, 5 nəfərlik ailənin şam yeməyi 50 manat tutur. Onun qeyd etməsinə görə, çox vaxt ərzaq alıb özləri yemək hazırlayırlar. Həmin şəxs daha sonra da əlavə edir ki, istirahət yerlərində bir gecəlik ailəvi otaqlar 40 manatdan başlayıb 100 manata qədər dəyişir: “Ötən ilkiyə nisbətən bahalıqdır. Hər kəsin belə yerlərdə istirahət etmək üçün imkanı yoxdur. Ötən il 10, bu il isə iki gün istirahət edə bildik. Bakıda yaşayırıq, geri qayıdırıq”.

İstirahət mərkəzlərində isə, əksinə, iddia edirlər ki, bu il də ötənilki qədər turistlər gəlsə də, qazancları azalıb: “Gəlirlər, az xərc çəkirlər. Otaqlar var, ailə orda üç-dörd gün qalır, bir dəfə nahar edir. Qənaət edirlər. Mövsüm başa çatmaq üzrədir, hələ də ötənilki qazanc yoxdur. Ərzaqda, kənd təsərrüfatı məhsullarında da qiymət artımı var. Təxminən 15 faiz. Kənd turizmi müştərilərimizi əlimizdən alır”.

Yolun kənarında təndirxana qurulub. Burada təndir çörəyi və təndirdə qızardılmış toyuq satılır. Satıcı deyir ki, təndir çörəyinin bir ədədi 60 qəpikdir, qızardılmış toyuq isə 12 manatadır: “Bu il vəziyyət yaxşı deyil, alıcı azdır. Ötən il bu yolda üç-dörd təndirxana var idisə, indi ondan çoxdur. Hər addımda təndirxana var. Hamısı işin olmamasındandır, kəndlərdə işsizlikdir. İstirahət mərkəzlərinə yerli sakinlər getmir. Bizim o qədər pulumuz yoxdur ki, oraya gedib istirahət edək. Allaha dua edirəm ki, çörəyim satılsın”.

Yolun kənarında təndirxana qurulub. Burada təndir çörəyi və təndirdə qızardılmış toyuq satılır. Satıcı deyir ki, təndir çörəyinin bir ədədi 60 qəpikdir, qızardılmış toyuq isə 12 manatadır: “Bu il vəziyyət yaxşı deyil, alıcı azdır. Ötən il bu yolda üç-dörd təndirxana var idisə, indi ondan çoxdur. Hər addımda təndirxana var. Hamısı işin olmamasındandır, kəndlərdə işsizlikdir. İstirahət mərkəzlərinə yerli sakinlər getmir. Bizim o qədər pulumuz yoxdur ki, oraya gedib istirahət edək. Allaha dua edirəm ki, çörəyim satılsın”.

Əli ilə dağı göstərir və deyir ki, ən yaxşı torpaqları zəbt ediblər: “Torpaqların hamısını varlılar alıblar. Kəndimiz Lənkərançayın kənarındadır. Oraları da ələ keçirdiblər. İki gün ərzində bir dənə istirahət mərkəzini tikirlər”.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikovun verdiyi məlumata görə, Lənkəran-Lerik yolunun Lerik hissəsində 15 istirahət və turizm mərkəzi rəsmi qeydiyyatadır: “Amma ərazidə irili- xırdalı minə yaxın xidmət obyektləri var. Bu istirahət mərkəzlərin əksəriyyəti Bakının ayrı-ayrı rayonlarında qeydiyyatdadır. Vergi ödəmələrini də o rayonlara edirlər. Dəfələrlə demişik ki, obyektləriniz buradadırsa, burada işləyirsinizsə, Lerik rayonunda qeydiyyata düşün. Lerik dağ rayonudur, dotasiya ilə işləyən rayondur”.

O qeyd edir ki, istirahət və turizm mərkəzləri rayonun inkişafında müsbət rol oynayır: “Rayona xeyri var. Yay mövsümündə həmin obyektlərdə 500 nəfərdən çox lerikli işləyir. Elə obyektlər var ki, ilboyu fəaliyyət göstərir. Təbii ki, belə yerlərdə daimi işləyən leriklilər də var. Həmin ərazilərdə olan kənd sakinləri evlərini kirayəyə verirlər, yaxşı pul alırlar. Dövlət həmin adamlara avadanlıq verdi ki, işlərini yaxşı qursunlar. 10 nəfərə 7 min manatlıq avadanlıq verildi”.

Lənkəranda yerləşən “Şəfəq” Ekoturizm İctimai Birliyinin (İB) sədri Vamiq Babayev də turistlərin bu bölgəyə kütləvi şəkildə gəldiyini bildirir O, eyni zamanda, qeyd edir ki, bahalaşma da var: “Ölkədə bahalaşma gedir. Otellər də qiymətini artırırlar. Amma xidmətin keyfiyyəti olduğu kimi qalıb. Kotteclər təmir edilməyib. Turistlər gəlir, vəziyyəti görür, bəyənmirlər. Alternativ yol axtarırlar ki, xərcləri az çıxsın, yaxşı istirahət etsinlər. Turistlərin sayı həftəsonu daha çox olur. Hətta, qalmağa yer çatmır”.

Onun deməsinə görə, kənd turizmi bu il daha çox diqqəti cəlb edir: “Otellərdə qiymətlərin artması nəticəsində kənd turizmi meydana çıxıb. Otellər adamların sayına görə pul alır. Kənd yerində bir evdə beş-altı nəfər qalsa da, qiymət yerində qalır. Kəndlərdə evlərini turistlərə kirayə verənlərin sayı da kütləvi şəkildə artıb. Üstəlik, evlərin qiymətləri də artıb”.

24 saatHamı bahalıqdan şikayət edir: İstirahət edən də, obyekt işlədən də” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button