2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hamı Qazaxıstanla bağlı fikir söylədi. Əliyev niyə susur?

Bakı/10.01.22 Dünya liderləri Qazaxıstanda baş verənlərlə bağlı öz mövqelərini bildirirlər, bu gün hətta Qarabağda separatçı rejimin rəhbəri Araik Arutyunyan da Qazaxıstan və Orta Asiyaya qarşı pantürkist təhlükəsini ortaya qoyaraq siyasi bəyanatlar xoruna qoşulub. Amma rəsmi Bakı susur, baxmayaraq ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlər həm rəhbərlik səviyyəsində, həm də xalqlar arasında həmişə sıx olub.

Yanvarın 10-da yalnız Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verərək Qazaxıstan xalqına başsağlığının mətnini yayıb, bəyanatı prezident Tokayevə və ya ölkənin keçmiş lideri Nazarbayevə ünvanlamayıb.

Hər zaman dünya hadisələrinə reaksiya verən prezident İlham Əliyev niyə susur?

Saytların yığılması Saytlarin yigilmasi

Yazırlar ki, politoloq Elxan Şahinoğlu mətbuatda belə bir fikir dərc etdirib ki, Azərbaycan Prezident Administrasiyasından nəzarətdə olan KİV-lərə direktiv gəlib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qoşunlarının Qazaxıstana yeridilməsi ilə “Qara Yanvar” (20 yanvar 1990-cı ildə azərbaycanlıların sovet ordusu tərəfindən güllələnməsi) arasında birbaşa paralellərin mümkünlüyü mövzusunda ekspertlərin rəyləri öyrənilsin.

Şahinoğlu yazır ki, direktiv Prezident Administrasiyasında bir qrup tərəfindən göndərilib və aydındır ki, göstəriş ən yüksək instansiyadan verilib. “Rəsmi Bakı Tokayevin Rusiya qoşunlarını Qazaxıstana dəvət etməsini səhv hesab edir və 20 yanvar 1990-cı il tarixində Bakıya qoşunların yeridilməsinə analoji olaraq işğal kimi qiymətləndirir”.

Bu yazılara görə bəzi KİV Şahinoğluna hücuma keçib və onu səlahiyyətini aşmaqda, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları ilə əlaqələrdə ittiham ediblər.

“Atlas” Analitika Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Turan ilə söhbətində deyib ki, Azərbaycan rəhbərliyi ona görə gözləyir ki, Qazaxıstanda baş verənləri proqnozlaşdırmaq çətindir. Bu ölkədə qüvvələrin gələcəkdə necə bölünəcəyi məlum deyil.

“Digər tərəfdən, prezident Tokayevin  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qoşunlarını, əslində isə Rusiya ordusunu nümayişçilərə atəş açmaq əmri ilə çağırmaq qərarı Bakıda suallar doğurur. Tokayevə açıq dəstək Rusiya Federasiyası qoşunlarının Qazaxıstana daxil olmasını təqdir etmək deməkdir. Bu səbəbdən rəsmi Bakı ehtiyatlı davranmağa məcburdur. Buna görə də ölkə rəhbərliyinin susmasını təbii hesab edirəm”, – Şahinoğlu deyib.

Hankuk Xarici Araşdırmalar Universitetinin professoru Rövşən İbrahimov Turan-a deyib: “Düşünürəm ki, prezident Əliyev münasibətini bildirib və yaxın vaxtlarda mətbuatda prezident Əliyevin bəyanatı dərc olunacaq, çünki Qazaxıstanla Azərbaycan arasında xalqlar, dövlət başçıları səviyyəsində əlaqələr çox yaxındır.

Yəqin ki, Əliyev şəxsi səviyyədə Qazaxıstan prezidentinə başsağlığı verib. Niyə bu, mətbuatda çıxmadı? Bunu düzəldərlər. Ümumi hadisələrə gəlincə, istənilən halda qiymət vermək çətindir, çünki Qazaxıstanda baş verənlər bu ölkə xalqının və liderlərinin qərarıdır”.

Politoloq Şahin Cəfərli Turan-ın sualına cavabında deyib ki, Azərbaycan rəhbərliyi, onun fikrincə, hadisələri hələ çözməyib. Həqiqətən Nazarbayev kənarlaşdırılıbmı? Qayıda bilərmi? Tokayev hər şeyə tam nəzarət edirmi? İndiki mərhələdə prezident Əliyevin öz fikrini müəyyənləşdirməsi və söyləməsi çətindir. “Digər tərəfdən, Bakı Rusiya faktorunu nəzərə alır. Təcavüzkar Rusiya Qərbi təhdid edir və bu zaman Bakı Kremli dəstəkləmir, ancaq Rusiyanın maraqlarına qarşı da çıxa bilmir və gözləməyə üstünlük verir”.

O qeyd edib ki, rəsmi Bakı ənənəvi olaraq inqilabi hadisələrlə bağlı öz mövqeyini operativ ifadə etməyə tələsmir. Bu, standart siyasətdir və Administrasiyanın tərzidir. Bununla yanaşı, aydındır ki, Bakının istənilən ölkədə, xüsusilə də postsovet məkanında istənilən küçə etirazına qəti şəkildə etiraz edir. Belə hadisələr Azərbaycan rəhbərliyinin maraqlarına ziddir. Çox güman ki, Qazaxıstanda vəziyyət sabitləşəndən sonra Bakıdan Astanaya zəng gedəcək və Azərbaycan prezidentinin dəstəyi ifadə ediləcək, – Cəfərli qeyd edib. –0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button