2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Hansı əsrdə yaşayırıq ki, polis məktəbli uşağı atanın, atanı da övladının gözünün qarşısında döyür?!”

Samux sakini 11-ci sinif şagirdi olan övladı ilə birlikdə polis şöbəsində zorakılığa məruz qaldığını deyir

Samux sakini Azər Yusifov özünün də, 11-ci sinif şagirdi olan oğlu Fərid Yusifovun da rayon polis şöbəsində zorakılığa məruz qaldığını deyir. Onun sözlərinə görə, əlindəki ekspertiza rəyi də bunu sübut edir.

“Cəzadır, versinlər, gedək çəkək, yoxsa, bu, nə biabırçılıqdır?”

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Meydan TV-yə danışan Azər Yusifov deyir ki, hadisə yanvarın 17-də axşam saat 23 radələrində baş verib:

“Həmin gün toydan çıxdıq, eşitdim ki, dostumun avtomobilini yol polisi saxlayıb, ailəsi də içindədir. Mən də ora getdim. Yol polislərinə bu məsələni yoluna qoymağı təklif elədim. Yol polislərindən Kərim Mehdiyev başladı böhtan atmağa ki, guya bunları təhqir edirəm. Yalan danışırdı, təhqir yox idi, sadəcə, müəyyən təkliflər oldu. Hətta ona dedim ki, yalan danışmayın, sizi təhqir eləmirəm axı. Bundan sonra mənə zor tətbiq eləyib aparmaq istəyəndə 11-ci sinif şagirdi olan oğlum yaxınlaşdı ki, atamı hara aparırsınız?”

Azər Yusifov danışır ki, oğlu Fəridə də zor tətbiq edərək, onunla birlikdə Samux Rayon Polis Şöbəsinə aparıblar. Onun dediyinə görə, yol polisləri onları şöbəyə təhvil verəndən sonra çıxıb getməyiblər.

“Bir də gördüm ki, növbətçi hissədə oğlumu döyürlər. O tərəfə getdim ki, neynirsiz? Yekə adamlarsız, uşağı döyürsünüz. Müdaxilə edib, oğlumu əllərindən almağa çalışırdım. Bu zaman mənə badalaq vurub, yerə yıxdılar. Halbuki, günahımız varsa belə, yol polisləri – Kərim Mehdiyevgil bizi şöbəyə təhvil verib, çıxmalıydılar. Biz hansı əsrdə yaşayırıq ki, polis məktəbli uşağı atanın, atanı da övladının gözü qarşısında döyür?! Cəzadır, versinlər, gedək çəkək, yoxsa, bu, nə biabırçılıqdır?”, – Azər Yusifov belə deyir.

“Ekspertiza da xəsarətləri təsdiqlədi”

O əlavə edib ki, polis şöbəsində döyülmə prosesi 3-4 dəqiqə çəkib. Daha sonra barələrində inzibati xəta protokolu tərtib olunub və məhkəməyə aparılıblar. Məhkəmə onları 150 manat cərimələyib:

“Məhkəmədə hakimə də danışdım başımıza gələnləri. Təəssüf ki, heç bir tədbir görmədi. Sonra mən özüm prokurorluğa şikayət etdim, oradan göndərişlə ekspertizadan keçdim. Ekspertiza da üzərimdəki xəsarətləri təsdiqlədi. Prokurorluğa yanvarın 19-da müraciət eləmişəm. Bir ay ərzində cavab gəlməliydi, amma hələ cavab almamışam. Bəlkə də həmin gün tək olsaydım, oğluma qarşı baş verənlər gözümün qarşısında baş verməsəydi, mənə bu cür təsir eləməzdi. Oğlum məktəblidir, hüquq fakültəsinə hazırlaşırdı, niyə hüquq-mühafizə sisteminə qarşı yeniyetmə vaxtından onda belə fikir formalaşmalıydı?”

Ekspertizanın rəyində göstərilib ki, Azər Yusifovun üzərindəki xəsarətlər küt əşyanın təsiri nəticəsində əmələ gəlib və 17 yanvar tarixində yetirilməyə uyğun gəlir.

Azər Yusifov vurğulayıb ki, bu işlə bağlı həqiqəti bilmək üçün çox araşdırma aparmağa ehtiyac yoxdur, kamera görüntülərinə baxmaq kifayətdir. Onun sözlərinə görə, hadisələr polis şöbəsinin daxilindəki kameraların altında baş verib: 

“Orada olduğum müddətin görüntülərini qoysunlar ortaya…”.

DİN: “Polisin xidmətinə mane olublar, qanuni tələbinə tabe olmayıblar”

Daxili İşlər Nazirliyi (DİN) isə Azər Yusifov və məktəbli oğlunun Samux rayon Polis Şöbəsində zorakılığa məruz qalması haqda iddiaları təkzib edib. Nazirliyin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Meydan TV-yə bildirib ki, yanvarın 17-də Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qaydanı pozan “Opel” markalı avtomobili saxlayıb. Bu zaman Samux rayon sakinləri Azər və Fərid Yusifovlar polis əməkdaşlarına yaxınlaşaraq, həmin sürücü barəsində protokol tərtib olunmamasını tələb ediblər.

DİN rəsmisinin sözlərinə görə, Yol Polisi Bölməsinin inspektoru Yusifovlara hüquqi izahat verərək, xidmətinə mane olmamağı bildirsə də, onlar polis əməkdaşının qanuni tələbinə tabe olunmayıblar. Buna görə də əraziyə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb, həmin şəxslər Samux Rayon Polis Şöbəsinə aparılıb: 

“Orada onlarla profilaktiki söhbət aparılaraq, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunub, aidiyyəti məhkəməyə göndərilib. Məhkəmə həmin şəxsləri təqsirkar bilərək, hər birini 150 manat cərimə edib”.

Ata və oğul Yusifovların polis şöbəsində döyülməsinə gəlincə, Eşqin Qasımov deyir ki, məhkəmə zamanı onlardan təzyiqə məruz qalmaları haqda soruşulub, ekspertizadan keçə biləcəkləri bildirilib: 

“Lakin həmin şəxslər bundan imtina ediblər. Əlavə olaraq vətəndaşların iddiası Samux Rayon Prokurorluğunda araşdırılıb, iddia təsdiqini tapmadığına görə araşdırma dayandırılıb”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button