2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hansı binalardakı mənzillərə çıxarış verilməyəcək? – VİDEO

Türkiyədə güclü zəlzələ zamanı minlərlə binanın dağılmasına səbəb kimi tikintinin norma və qaydalara uyğun aparılmaması göstərilir.

Hətta qardaş ölkədə ekspertlər də bu qənaətə gəliblər ki, tikinti aparılarkən kefiyyətə önəm verilməyib.

Bakıda da hər il yeni-yeni ünvanlarda yüzlərlə yaşayış binaları tikilir. Amma rəsmi olaraq onların bəziləri istisimara qəbul edilmədən tikinti şirkətləri tərəfindən sakinlərin istifadəsinə verilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bəs burada yaşayanlar binanın kefiyyətli materiallardan tikilməsinə necə əmin ola bilərlər?

İstənilən yaşayış binası istisimara verilərkən onun tikinti norma və qaydalara uyğun aparılması yoxlanır.

Fövəqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi binanın konsturuksiya layihəsinin olub-olmaması, kefiyyətli tikinti materiallarından istifadə edilib-edilməməsini yoxladıqdan sonra binanı istisimara qəbul edir. Amma bu gün istisimara verilmədən yeni tikilən binalarda yaşayanlar da var.

Tikinti eksperti Şirin Şərifov hesab edir ki, sakinlər binanın konsturuksiya layihəsini MTK-dan tələb edə bilərlər.

Ekspert deyir ki, bina tikintisi aparıldığı gündən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hər mərtəbəarası, konsturuksiya layihəsi ilə binanın bünövrəsi, sütunları, orada istifadə edilən armaturların ölçüləri dəqiqliklə yoxlanır. Əgər parametrlər, konsturuksiya layihəsindəkinə uyğun gəlmirsə, növbəti mərtəbənin tikilməsinə icazə verilmir.

Şirin Şərifovun sözlərinə görə, paytaxda tikilən bəzi binalarda konsturuksiya layihəsinin olmaması sakinlərdə haqlı olaraq narahatlıq yaradır. O hesab edir ki, gələcəkdə bu tip binalar istisimara qəbul edilmədiyindən mənzil sahiblərinə də çıxarış verilməyəcək. (Xezerxeber.az-)



24 saat” “Hansı binalardakı mənzillərə çıxarış verilməyəcək? – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button